Karl Renner

Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu və Avstriyanın ikinci cumhuriyyətinin ilk prezidentidir. Əvvəllər parlament kitabxanasında calışırdı. Sosyaldemokratlara qatıldıqdan sonra dostları ilə birlikdə Avstriya Marksizminin önəmli təmsilçisi halına gəldi. Avstriya-Macarıstan impersiyasının federal şəkildə yenidən qurulmasını müdafiə etmişdi.

Karl Renner
Karl Renner
Karl Renner
Karl Renner
20 Dekabr 1945 31 Dekabr 1950
ƏvvəlkiVilhelm Miklas
SonrakıTeodor Körner
Şəxsi məlumatlar
Doğum adı Carl Renner
Doğum tarixi
Doğum yeri Avstriya-Macarıstan imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Vyana, Avstriya
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, kitabxanaçı, diplomat, vəkil, hüquqşünas
Həyat yoldaşı Luiz Renner
Dini Roma-Katolik kilsəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[1], hüquq[1], milli iqtisadiyyat[1], beynəlxalq münasibətlər[1], Hüquq sosiologiyası[1]
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-hal

Karl Renner kəndli ailəsində on səkkizinci uşaq olmuşdur. Vyanada hüquq təhsili alıb və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1896–1932-ci illərdə Parlamentin kitabxanaçısı vəzifəsində işləmiş və kitabxananın fondlarından öz tədqiqatlarına istifadə etmişdir.

1894-cü ildə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1907-ci ildən — Parlamentin üzvü, 1934-cü ilə qədər aşağı palatada işləmişdir.

İlk Avstriya Respublikasının yaradılmasında iştirak etmişdir. 1918–1920-ci illərdə kansler və Dövlət Şurasının sədri oluşdur. 1930-cu ildən o, 1934-cü ildə Dollfus hökuməti tərəfindən ləğv edilən parlamentin sədri seçilir. Avstriya azad edildikdən sonra o, ilk ümumi koalisiya müvəqqəti hökumətinin kansleri olmuşdur.[3] Bütün siyasi partiyaların razılığı ilə prezident seçilmişdir, lakin altı illik səlahiyyət müddəti bitmədən vəfat etmişdir.

O, Avstriya Sosial Demokratiyasının və II İnternasionalın lideri, həmçinin Avstriya-marksizmin görkəmli nəzəriyyəçisi idi. Milli məsələ probleminə dair bir neçə əsərin müəllifidir. Azlıqların siyasi və mədəni bərabərliyinə əsaslanan demokratik federasiya şəklində çoxmillətli dövlət ideyası aşılayırdı. 1938-ci ildə referendumda faşist Almaniyası ilə birlikdə anşlüz-a səs verməyə çağırırdı, eləcə də nasistləri təşviqat prosesinə fəal qoşulmağa dəvət edirdi[4].

1920–1929-cu illərdə Avstriya Respublikasının faktiki himni olmuş "Alman Avstriyası, ecazkar diyar" mahnısının mətninin müəllifidir[5].

Əsərləri

  • Государство и нация, 1899 (Sinoptikus təxəllüsü ilə; ru. tərcümə — 1906)
  • Национальная проблема, 1902 (Rudolf Şpringer təxəllüsü ilə; ru. tərcümə — 1909, ikinci nəşr — 2010. ISBN 978-5-396-00125-1)
  • Теория капиталистического хозяйства : марксизм и проблема социализирования / Tərcümə G. B. Germaidze. — Moskva ; Leninqrad : Гос. изд-во, 1926. — XVIII–XX, 336 с. : ил.

Ədəbiyyat

  • Ватлин, Александр Юрьевич. Австрия в XX веке: учеб. Пособие для вузов. М. 2006.
  • Ватлин А. Ю., Котов Б. С., Сорокин А. К.. СССР и Австрия на пути к Государственному договору. Страницы документальной истории 1945—1955. М.: Политическая энциклопедия. 2015. səh. 455.
  • Воцелка К.. История Австрии. Культура, общество, политика. М. 2007
  • Жиряков И. Г.. Советская оккупация Австрии: некоторые политико-правовые выводы и обобщения. // «Право и жизнь». № № 112 (7). 2007.
  • Котов Б. С.. Переписка Сталина и Реннера //Историк. 2016.
  • Котов Б. С.. Проблема «германской собственности» в переговорном процессе о восстановлении независимой Австрии (1945—1955) // Исторические документы и актуальные проблемы археографии, источниковедения, российской и всеобщей истории нового и новейшего времени. М.: Политическая энциклопедия. 2016. səh. 285—294.

İstinadlar

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Deutsche Nationalbibliothek Record #118599739 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Советская политика в Австрии. 1945–1955. Сборник документов. АИРО-XXI, 2006 г. ISBN 5-91022-030-6, другое издание ISBN 5-86007-524-3 — стр. 47–48
  4. "Arxivlənmiş surət". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
  5. "Arxivlənmiş surət". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.