Karl Landsteyner
Karl Landsteyner (alm. Karl Landsteiner; 14 iyun 1868[1][2][…], Vyana, Avstriya-Macarıstan[3] – 26 iyun 1943[4][1][…], Nyu-York, Nyu-York ştatı[4]) — Yəhudi milliyətindən olan Avstriya mənşəli amerikalı immünolog və patoloq. Başlıca qan qruplarını tapması və qan nəqlinin tibbdə sadə bir əməliyyat halına gəlməsini təmin edən ABO qan qrupları sistemini inkişaf etdirməsi ilə 1930 Nobel Fiziologiya və ya Tibb Mükafatını almışdır.
Karl Landsteyner | |
---|---|
alm. Karl Landsteiner | |
Doğum tarixi | 14 iyun 1868[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1943[4][1][…] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Karl Landsteyner 14 iyun 1868-ci ildə Avstriya-Macarıstan İmperiyasında, Vyana şəhərində anadan olmuşdur.
1922-ci ildə Amerika Birləşmiş Ştatlarına köçmüşdür.
Karl Landsteyner 26 iyun 1943-cü ildə ABŞ-də, Nyu-York şəhərində vəfat edib.
Fəaliyyəti
Karl Landsteyner 22 nəfərdə apardığı işdə eritrositlər və serum arasındakı reaksiyaları tərif edərək 1901-ci ildə nəticələrini dərc etmişdir. O, əvvəllər A, B, C olmaq üzrə üç qan qrupu təyin etdi. 1902-ci ildə tələbələri olan Decastello və Sturli 155 nəfəri əhatə edən daha geniş bir araşdırma ilə qan qrup sistemini A, B, O, AB olaraq xarakterizə etdilər.
Mükafatları
Karl Landsteyner 1930-cu ildə insanın qan qruplarını kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
- Karl Landsteiner // Encyclopædia Britannica (ing.).
- Karl Landsteiner // Who Named It? (ing.).
- Deutsche Nationalbibliothek Record #118726226 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Ландштейнер Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.