Karl Benz
Karl Fridrix Mixael Benz (alm. Carl[3][4][5][6][7] (Karl) Friedrich Michael Benz; 25 noyabr 1844[1][2][…] – 4 aprel 1929[1][2][…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır.
Karl Benz | |
---|---|
alm. Carl Benz | |
Doğum tarixi | 25 noyabr 1844[1][2][…] |
Vəfat tarixi | 4 aprel 1929[1][2][…] (84 yaşında) |
Vəfat səbəbi | beyin qansızması[d] |
Milliyyəti | alman |
Fəaliyyəti | mühəndis, ixtiraçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Karl Fridrix Benz 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə Karl texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır.
Karyerası
Karl Benz öz emalatxanasında yeni daxili yanma mühərrikləri yaratmağa başladı. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent aldı. Tezliklə, Karl Benz gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini patentləşdirdi: sürətləndirici, batareya ilə işləyən yanma sistemi və alışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru.
İstinadlar
- Carl Friedrich Benz // Brockhauz Ensiklopediyası (alm.).
- Karl Friedrich Benz // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- "Berner Zeitung": "Ausdauersportler mit zwei Sternen" Arxivləşdirilib 2014-05-04 at the Wayback Machine (alm.)
- "Carl Friedrich Benz" Arxivləşdirilib 2013-08-24 at the Wayback Machine (alm.)
- Kalenderblatt 2014: 4. April Arxivləşdirilib 2019-02-23 at the Wayback Machine (alm.)
- An der Hainig-Kreuzung kracht's am meisten (alm.)
- Alles über Mercedes-Benz Arxivləşdirilib 2014-08-10 at the Wayback Machine (alm.)