Karapi Müqəddəs Georgi kilsəsi (Kldisubani)
Karapi Müqəddəs Georgi kilsəsi (gürc. კლდისუბნის წმ. გიორგის ეკლესია) – Qədim Tbilisinin ən qədim rayonlarından biri olan Kldisubani ərazisində yerləşən Gürcü pravoslav kilsəsi.[1] Kilsə, 1991-ci ilə kimi Erməni Həvari kilsəsinə aid olmuş, sonradan isə Gürcü pravoslav kilsəsinə verilmişdir. Qomi küçəsindən kilsənin şimal-şərq tərəfinə pilləkən qalxır.[1]
Karapi Müqəddəs Georgi kilsəsi | |
---|---|
gürc. კლდისუბნის წმ. გიორგის ეკლესია | |
41°41′19″ şm. e. 44°48′23″ ş. u. | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Aidiyyatı | Gürcü pravoslav kilsəsi |
Tikilmə tarixi | 1753[1] |
Üslubu | Gürcüstan memarlığı |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kldisubanidəki Müqəddəs Georgi kilsəsinin inşa edildiyi dağlıq yamac ərazisində, kilsənin inşasına qədərki dövrdə 1600-cü ildə qədim kafedral mövcud olmuşdur. Müasir kilsə binası Petros Zöhrabyan və onun həyat yoldaşı Lalitanın maddi vəsaiti hesabına inşa olunmuşdur.
XIX əsrdə kilsə əsaslı təmir olunmuş və bu zaman onun memarlığına zəng qülləci və günbəz əlavə edilmişdir. Bu restavrasiya işlərini göstərən elementlərdən biri də daş hörgü arasına qatılmış kərpic sıralarıdır. Bu zaman kilsənin fasadı kərpicdən hörülmüş romb və xaç dekorları ilə bəzədilmişdir.[1]
Şahzadə Vaxtuşi tərəfindən 1735-ci ildə hazırlanmış Tbilisi xəritəsində kilsənin qərb tərəfində zəng qülləsinin olması göstərilmişdir.[1]
XX əsrdə kilsənin şimal fasadına bitişik qanunsuz yaşayış binaları inşa edilmiş, SSRİ dövründə binada oyuncaq və laklama emalatxanaları fəaliyyət göstərmiş, daha sonra isə bina göyərçinxanaya çevrilmişdir.[2]
1991-ci ildən Müqəddəs Georgi kilsəsi Gürcü pravoslav kilsəsinin tabeliyindədir.[1]
Gürcü pravoslav kilsəsinin səyləri nəticəsində Müqəddəs Georgi kilsəsində təmizləmə və yenidənqurma işləri aparılmış, bundan sonra 23 noyabr 1991-ci ildə kilsənin ithaf mərasimi keçirilmişdir. 2002-ci ildən kilsənin restavrasiyasına başlanılmışdır. Restavrasiya işləri zamanı kilsənin divarları təmizlənərək möhkəmləndirilmiş, həmçinin kilsə ətrafındakı bağ bərpa edilmişdir.[2]
İstinadlar
- tbilisi.gov.ge Официальный сайт Администрации Тбилиси
- "კლდისუბნის წმ. გიორგის ეკლესია" (htm) (gürcü). orthodoxy.ge. 1. 2012-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2018.
Ədəbiyyat
- Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — 311 с. — 17 500 экз.