Karakorum
Karakorum (çin. 喀喇昆仑山脉, urdu سلسلہ کوہ قراقرم, hind. काराकोरम) — Mərkəzi Asiyada, Pakitsan, Hindistan və Çin ərazisində yerləşən dağ sistemi. Silsilənin şimal-qərb qurtaracağı Tacikistan və Əfqanıstan ərazisinə daxil olur. Karakorum Vahan dəhlizinin qərbindən (Əfqanıstan) başlanır və bütünlükə Gilgit-Baltistan bölgəsini əhatə edir. Karakorum dünyanın ən hündür dağ sistemlərindən biri hesab olunur. Dağ sistemi Himalay dağlarından şimal-qərbdə, 34,5°, 36,5° ş.e. və 73,5°, 81° q.u. kordinaltarında yerləşir. Karakorum termini türk mənşəlidir və «qara» (Kara) «daş səpintisi» (korum, kurum)[1]. Qədim sanskrit yazılarında dağların adı Krişnaqiri (qara dağlar) adlanmış.[2][3]
Karakorum | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 8614 m |
Uzunluğu |
|
Eni | 466 km |
Sahəsi | 77,154 km² |
Hündür nöqtəsi | Çoqori |
Yaranma dövrü | Təbaşir dövrü |
Yerləşməsi | |
35°52′59″ şm. e. 76°30′32″ ş. u. | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karakorumun qərb hissəsi bəzən Baltoro Muztaq (buz silsiləsi) adlanır. Baltoro Muztaq şərq hissəyə nisbətən daha dikdir. Bu bölgə büsbütün qalxma ərazi hesab olunur və Asiyanın digər silsilələrindən fərqlənir. Karakorumdan şimalda Şərqi Türkistan yerləşir. Karakorum (5654 m) aşırımını ilə Ladaxedə yerləşən Lex şəhəri arasından karvan yolu keçir. Karvan yolu Hindistanla Şərqi Türkistanı birləşdirir.
Karakorum dünyanın geoloji baxımdan ən aktib bölgələrindən biridir. Silsilə Hind-Avstraliya pilitəsi ilə Avrasiya pilitəsinin sərhəddində yerləşir.[4]
Silsilənin orta hündürlüyü 6000 metri keçir. Karakorumun ən yüksək zirvəsi Çaqorinin (K2) dəniz səviyyəsindən hündürlüyü 8611 metrdir. K2 Everestdən (8848 m) sonra dünyanın ikinci ən hündür zirvəsidir.[5]
Karakorum silsiləsi Lexdə yerləşən qərbi Himalay silsiləsindən yetərincə yüksəkdir. O üzdən Hindistanın düzən ərazilərindən və yaxın dənizlərdən gələn rütubətli hava kütlələri silsilənin cənub ətəklərinə asanlıqla daxil olur. Nəticədə iyun -sentyabr ayalarında yüksək ərazilərə bollucaq qar yağır. Yanvardan aprelə qədər isə daha aşağı hissələrə yağıntı düşür. Yağıntıların çoxluğundan Karakorumda Asiyanın ən böyük buzlağı olan Baltoro formlaşıb. Buzlaqlar ümumən 8000 metr dəniz səviyyəsindən hündürdə yerləşir. Biafo buzlağı isə nisbətən aşağıda yerləşir. Meşələrin üst sərhəddi isə 500 metr daha yüksəkdədir.
Ərazinin yüksək və çox keçilməz olmasına görə bölgə Cənubi Himalaya nisbətən az məskunlaşmış. Avropalı tədqiqatçılar ilk dəfə bölgədə XIX əsrdə olmuş. 1856-cı ildən isə britaniyalı geodeziyaçılar Karakoruma səfər etmişlər.
1986-cı ildə çəkilmiş Karakorum avtomobil şosesi silsiləni ortadan kəsib keçir. Çində bu yolu dünyanın doqquzuncu möcüzəsi adlandırırlar. (Səkkizinci isə - Böyük Çin səddidir).
Mənbə
- Каракорум, хребет // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
İstinadlar
- Е. М. Поспелов Географические названия мира. Топонимический словарь. АСТ, 2002 ISBN 5-17-001389-2
- Raza, Moonis; Ahmad, Aijazuddin; Mohammad, Ali, The Valley of Kashmir: The land, Vikas Pub. House, 1978, səh. 2, ISBN 978-0-7069-0525-0, 2019-07-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-11-16
- Chatterjee, Shiba Prasad, Selected Works of Professor S.P. Chatterjee, Volume 1, National Atlas and Thematic Mapping Organisation, Department of Science and Technology, Government of India, 2004, səh. 139, 2019-07-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-11-16
- Searle, Michael P., Geological evolution of the Karakoram Ranges, Ital.J.Geosci, (Boll.Soc.Geo.It.), Vol. 130, No. 2 (2011), pp. 147-159, 5 figs. (DOI: 10.3301/IJG.2011.08)
- "Karakoram". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-15.