Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir.
Kara Darvazası boğazı | |
---|---|
rus. Карские Ворота | |
Ümumi məlumatlar | |
Eni | 50 km |
Uzunluğu | 33 km |
Ən böyük dərinliyi | 52 m |
Yerləşməsi | |
70°29′56″ şm. e. 58°00′28″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Yeni Torpaq adasını Vayqaç adasından |
|
Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir. Bu qol nisbətən uzunluğu ilə fərqlənsə də buzdan azad olması ilə fərqlənir.