Kapuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir.
Kapuas çayı | |
---|---|
ind. Kapuas | |
Ölkə | İndoneziya |
Mənbəyi | |
• Yüksəkliyi | 500 m |
Mənsəbi | Cənubi Çin dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 1143 km |
Su sərfi | 6.707 m³/s |
Hövzəsinin sahəsi | 98 749 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır.
Hidroqrafiyası
Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³. İl ərzində əsasən aprel-noyabr ayları gursulu olur. Mənbəyi Myuller və Yuxarı Kapuas sıra dağlarından başlayır. Çay Cənubi Çin dənizinə Pontianak şəhəri yaxınlığında tökülür. Böyük delta əmələ gətirir. Çayın ən iri qolu Melavidir (ind. Melawi), sağdan Sintanq şəhəri yaxınlığından çaya axır və uzunluğu 465 km təşkil edir. Mövsündən asılı olaraq çayın enində fərq yaranır.
Təbiəti
Kapuas yuxarı və orta axarlarda meşəlik, orta və aşağı axarlarda isə bataqlıqlaşmış ərazilərdən axır. Çay zəngin canlılar aləminə malikdir. Bu səbəbdən burada elmi ekspedisiyalar təşkil edili və bir sıra elmə məlum olmayan növlər aşkarlanmışdır. 2003-2005-ci illər araşdırması zamanı Kapuas lil ilanı (lat. Enhydris gyii, ing. Kapuas Mud Snake) kimi ilan növü aşkarlanmışdır. Çayın sahəsi boyunça Betunq Kerihun parkı və Sentarum gölü yerləşir. Parkların sahəsi 8000 və 1320 km² təşkil edir.
Nəqliyyat əhəmiyyəti
Kampuas mərkəzi bölgələrlə əlaqəni xeyli asanlaşdırır. Onun dərinliyi 27 metr təşkil edir. Ərazidən asılı yağıntının miqdarı 2 - 3 metr arasında dəyişir.
Çay üzərində müxtəlif ərazilərdə körpülər vardır. 9 iyul 2007 ci ildə Pontianakda İndoneziyanın prezidenti Yodoyono, Susilo Bambanq çay üzərində sonuncu körpünün açılışını etmişdir.
Ədəbiyyat
- MacKinnon, Kathy The ecology of Kalimantan, Oxford University Press, 1996, ISBN 0-945971-73-7