Kapitan Marvel (film)

Kapitan Marvel (ing. Captain Marvel) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2019-cu ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Kapitan Marvel " filmi Marvel Kinematoqrafiya Kainatının iyirmi birinci filmidir. Film Anna Boden və Rayan Flek tərəfindən yazılmış və rejissorluq edilmişdir. Qeneve Robertson-Dvortsen ssenariyə əlavələr etmişdir. Baş rollarda Bri Larson, Samuel L. Cekson, Ben Mendelson, Cimon Hounsou, Li Pase, Laşana Linç, Gemma Çan, Annett Benninq, Klark Qreqq və Cud Lou iştirak etmişdir. 1995-ci ildə baş verən hekayə, Dünyanı iki yadplanetli sivilizasiyası arasında olan qalaktik müharibənin ortasında görən Danversin Kapitan Marvel olmasından bəhs edir.

Kapitan Marvel
ing. Captain Marvel
Janr superqəhrəman filmi, elmi-fantastika filmi, döyüş filmi, macəra filmi
Rejissorlar Anna Boden və Rayan Flek
Prodüser Kevin Fayqi
Əsərin müəllifləri Roy TomasCin Kolan tərəfindən yaradılmış Kerol Denvers personajı əsasında
Ssenari müəllifləri Anna Boden
Rayan Flek
Ceneva Robertson-Duoret
Cek Şaffer
Hekayə:
Nikol Perlman
Co Şrapanel
Anna Uoterhaus
Baş rollarda Bri Larson
Samuel L. Cekson
Ben Mendelson
Cimon Hounsou
Li Pase
Laşana Linç
Gemma Çan
Annett Benninq
Klark Qreqq
Cud Lou
Operator Ben Devis
Bəstəkar Pınar Toprak
İstehsalçı Marvel Studios
Distribütor Walt Disney Studios Motion Pictures[d], Disney+
İlk baxış tarixi 8 mart 2019[1], 7 mart 2019[2], 6 mart 2019
Müddət 124 dəqiqə[3]
Büdcə 152–175 milyon dollar[4]
Gəlir 1.128 milyard dollar[5]
Ölkə
Dil ingilis dili
İl 2019
Sonrakı film Qisasçılar: Final
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya
IMDb ID4154664
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin inkişafı 2013-cü ilin may ayından başlayıb. Marvel Studiosun ilk qadın super qəhrəman filmi olan film, 2014-cü ilin oktyabr ayında rəsmən elan edildi. Nikol PörlmanMeq Lifov obrazı ayrı-ayrı ələ aldıqdan sonra aprel ayında yazı komandası işə götürdü. Hekayə Roy Tomasın 1971-ci ildəki "Kri-Skrul döyüşü" komiks kitabının hekayəsindən qaynaqlanır. Larson, 2016 San Diego Comic-Con-da Danvers olaraq elan edildi və Boden və Flekin 2017-ci ilin aprel ayında rejissorluq üçün seçildi. Robertson-Dvoret, bir müddət sonra, filmin başlamasına əlavə edilən heyətlə birlikdə ssenarist oldu. Robertson-Dvoret ssenarini öz üzərinə götürdü, çəkiliş heyətinin qalanı isə filmin başlamasından sonra əlavə olundu. Yer çəkilişləri 2018-ci ilin yanvarında başlamışdır. Əsas çəkilişlər isə həmin ilin mart ayında Kaliforniya ştatında başlamış, iyul ayında Luiziana şəhərində sona çatmışdır. Cekson və Qreq — digərlərindən fərqli olaraq, əvvəlki MKK filmlərinin rollarını yenilədi — filmi 1990-cı ilə uyğunlaşdırmaq üçün post-istehsalda rəqəmsal olaraq cavanlaşdırma etdi.

Kapitan Marvel 27 fevral 2019-cu ildə Londonda premyera etdi. 8 mart 2019-cu ildə ABŞ-də IMAX3D teatrlarında nümayiş etdirildi. Film dünya çapında 1,1 milyard gəlir əldə edərək, 1 milyard gəliri keçən ilk qadın superqəhrəman filmi oldu. Film hal-hazırda 2019-cu ilin ən yüksək gəlir əldə edən 2-ci filmi, bütün zamanların ən yüksək gəlir əldə edən 9-cu superqəhrəman filmi və ümumi olaraq ən yüksək gəlir əldə edən 22-ci filmdir. Film, başda Larson olmaqla heyətin performansına görə müsbət rəylər aldı.

Məzmun

1995-ci ildə, Kri İmperiyasının paytaxtı Halada, Starforce üzvü Vers yaşlı bir qadınla əlaqədar amneziya və təkrarlanan kabuslardan əziyyət çəkir. Mentoru və komandanı Yon-Roqq, bacarıqlarını idarə etməsini öyrədərkən, Krini idarə edən süni intellekt olan Ali Zəka, emosiyalarını idarə etməli olduğunu deyir.

Döyüş zamanı, Skrulları xilas etmək üçün keçirilən gizli sızma əməliyyatı zamanı, Vers Talos tərəfindən yaxalanır. Versin xatirələri onu Dünyaya aparır. Versin gəmisi Los-Ancelesə məcburi eniş edir. Onun varlığı Q.A.L.X.A.N. agentləri Nik Furi və Fil Kolsonu cəlb etdi, ancaq istintaq Skrul hücumu səbəbi ilə dayandırıldı. Daha sonra, Vers onun silinmiş xatirələrini ehtiva edən bir kristalı bərpa edərkən, Furi Kolsonu təqlid edən bir Skrulu öldürür. Furinin müdiri Kelleri təqlid edən Talos, ona Vers ilə işləməyini əmr edir.

Silinmiş xatirələri istifadə edərək, Vers və Furi ABŞ Hərbi Hava Qüvvələrinin nəzdindəki Project Pegasusa gedirlər. Vers öz kabuslarındakı qadın kimi tanınan Uendi Louson tərəfindən hazırlanmış eksperimental jet mühərrikini test edərkən ölən bir pilot idi. Furi sonra Q.A.L.X.A.N.-a yerlərini bildirdikdən sonra, Kelleri təqlid edən Talosun rəhbərlik etdiyi bir qrup gəldi. Furi Talosun Kelleri təqlid etdiyini öyrəndikdən sonra, Versə yük təyyarəsi ilə qaçmağa kömək edir. Lousonun pişiyi Quzun gizlicə təyyarəyə mindiyini görürlər. Onlar Versi və Lousonu son canlı görən şəxs olan, keçmiş pilot Mariya Rambeau ilə görüşmək üçün Luizianaya uçurlar.

Rambeau və qızı Monika Versin onlara ailəsi kimi yaxın Karol Danvers olduğunu deyir. Silahsız olan Talos, Skrulların yeni bir ev axtarmaq üçün qaçqın olduğunu və Lousonun onlara kömək edən təkəbbürlü Kri alimi Mar-Vell olduğunu izah edir. Talos, Lousonun təyyarəsinin qara qutusundan götürülmüş bir səs yazısını kompüterdə onlara qulaq asdırır və Danvers qəzanı xatırlayır. Lousonun mühərriki məhv etməsini önləmək üçün Yon-Roqq onu öldürüb. Mühərriki məhv edən Danvers, partlayışdan gələn enerjiyi udaraq yeni super güclər qazanır, ancaq yaddaşını itirir.

Danvers, Talos, Furi və Rambeau Talosun ailəsidə daxil olmaqla, Skrulların saxlandığı, Lousonun Dünyanın orbitində yerləşən laboratoriyasına gedirlər. Burada Lousonun mühərrikinin güc mənbəyi olan Tesseraktıda tapırlar. Orada Danvers Starforce tərəfindən tutulur və Ali Zəka ilə üzləşir. Danvers, söhbət əsnasında, güclərini basdıran Kri implantını aradan qaldıraraq, gücünün tam potensialına çatır. Sonrakı döyüşdə, yadplanetli Flerken olan Quzu özü ilə götürür. Quz Tesseraktı udur və Furini cırmaqlayaraq bir gözünü kor edir. Danvers, İttihamçı Ronanı və donanmasını Dünyaya gələn Yon-Roqqa basqın etmədən və Ali Zəkaya xəbərdarlıq edərək onu Halaya geri göndərməmişdən öncə Kri bombardman gəmisini məhv edir.

Danvers Skrullara yeni yaşayış yeri tapmaq üçün yola düşür və Furiyə onla təcili anlarda əlaqə saxlamaq üçün modifikasiya edilmiş cihaz verir. Bu vaxt Fury, Danvers kimi qəhrəmanları tapmaq üçün bir təşəbbüs hazırlayır və buna "Hava Qüvvələri" çağırışındakı "Avenger" adını verir. 2018-ci ilə təyin edilən post-kredit səhnəsində, aktiv əlaqə cihazı[lower-alpha 1] Danvers görünəndə Qisasçılar tərəfindən izlənilir.[lower-alpha 2] Bir post-kredit səhnəsində, Quz Furinin masasına dırmaşır və Tesseraktı qusur.

Rollarda

Bri Larson (üstdə) və Samuel Cekson (aşağıda) ABŞ Hava Qüvvələrinin ilk qadın döyüşçü pilotu və Kapitan Marvel məsləhətçisi Ceni Levit ilə
  • Bri Larson — Kerol Danvers / Vers / Kapitan Marvel:
    Keçmiş ABŞ Hava Qüvvələri döyüşçü pilotu və Starforce adlı Kri hərbi birliyinin üzvü. DNT-si qəza zamanı dəyişmiş, onu güclü insan enerjisi, enerji proyeksiyası və uçuş gücü vermişdir.[7][8][9] Bri Larson Danversi "həqiqətə və ədalətə inanan" və "yer və kosmik arasında bir körpü" kimi təsvir edir.[10] "Emosional olmayan" Kri tərəfini "təəccübləndirici bir döyüşçü" olan və "qüsurlu" insan yarısı olan "öndərlik etdiyi şey" ilə tarazlıqda saxlamalıdır.[9] Larson həmçinin Danversi döyüşdə ona kömək edən ancaq obraz qüsurları olduğu təsdiqlənən xüsusiyyətlərlə birlikdə, təcavüzkar, yüksək templi kimidə təsvir edir.[11] Marvel Studios-un müdiri Kevin Feyc, obrazın güclərini insanlığı ilə tarazlaşdırma qabiliyyətinə görə rolun Larsona verildiyini dedi.[12] Larsonun (26 yaşında) müvəffəqiyyətli bir pilotu canlandırmasında yaşının az olduğu narahatlığı olduğunu görə, ssenarist Nikol Pörlman Hava Qüvvələri ilə danışdı. Hava Qüvvələri 28–34 yaş arasında olan şəxsin "çox irəliyə getməsinin" mümkün olduğunu dedi.[13] Larson rolu üçün cüdo, boksgüləşi öyrənmək üçün doqquz ay təlim keçmişdir.[9][14] O, həmçinin Nellis Hava Qüvvələri bazasına baş çəkdi və burada briqada generalı Ceni Levit və "Şimşək quşları" pilotu Stiven Del Baqno da daxil olmaqla aviasiya işçiləri ilə görüşdü.[15][16][17] Makkenna Qreys 13 yaşlı Kerol Denversi,[15][18] London Fuller isə 6 yaşlı Kerol Denversi canlandırır.
  • Samuel Cekson — Nik Furi:
    Hal-hazırda aşağı səviyyəli bürokrat, Q. A. L. X. A. N.-nın gələcəkdəki müdiri.[19] Filmdə gözü yaralanmamışdan əvvəl iştirak etdiyi üçün filmin əvvəlində göz bandı olmadan çıxış etmişdir.[20] Feyc, Danversin Furinin rast gəldiyi ilk superqəhrəman olduğunu deyir.[21] Obrazı müasir MKK filmlərində olduğu bir yola qoyur.[22] Cekson, bu yerdə Furini bir bürokratiya olaraq təsvir etmişdir. Bürokratiyaya qarşı hələki utanmazlıq qazanmamış və filmdə Q. A. L. X. A. N-na kömək edə biləcək super güclü varlıqlar olduğunu öyrəndi.[23] Cekson, Danversə güvənməsinin, film boyunca "yoldaş" olmaları üçün önəmli bir rol aldığını dedi. Cekson rəqəmsal olaraq 25 il cavanlaşdırıldı, Marvel ilk dəfə film üçün bunu etdi.[24]
  • Ben Mendelson — Talos / Keller
    Dünyanın Skrul işğalının forma dəyişə bilən lideri. Q. A. L. X. A. N.-nın tərkibinə gizlicə sızıb, Furinin müdiri Kelleri təqlid edir.[25] Mendelson Talosun insan şəxsiyyətini "daha çox geri çəkilmiş" Skrul personajına nisbətən "düyməli" kimi təsvir etmişdir. Mendelson, köhnə Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi Donald Rumsfelddən ilhamlanaraq forma dəyişə bilmə qabiliyyətindən ilhamlanan Amerikan vurğusu istifadə edərək bu ikisi arasında ayrı-seçkilik etdi. Talos üçün yerli Avstraliya vurğusu "uzun bir müzakirə" sonrasında, Mendelsonun "dünyəvi doğruluq" olaraq adlandırdığı üçün seçildi. Talosu təsvir etmək üçün lazım olan makiyaj və protezləri tətbiq etmək "bir neçə saat" çəkdi.[25] İcraçı prodüser Conatan Şkvartz "Skrulun güclərini və Benin ardıcıllığını aktyor kimi göstərmək çox əyləncəli bir şeydir, çünki o, bütün bu hissələrdə çox fərqlidir" dedi. Emili Ozri və Abiqeyl Ozri Talosun qızı rolunu canlandırır.
  • Cimon Honsou — Korat
    Kri qılıncoynadan və Starforce-da ikinci komandan.[26] Honsou Koratın Qalaktika mühafizəçiləri filmindəki görünüşü ilə müqayisə edildikdə "başlanğıcda" olduğu, ancaq "hələ mizahsız bir maşın" olduğunu açıqladı.[27]
  • Li Peys — İttihamçı Ronan
    Yüksək rütbəli Kri rəsmisi.[26][28] Qalaktika mühafizəçiləri filmindəki rolu ilə müqayisə edildikdə, Ronan, Starforce ilə kəsişən Kri hərbi birləşməsində rolu ilə "maraqlı bir şəkildə" hələ "radikal zealot" deyil.
  • Laşana Linç — Maria Rambeau:
    Danversin ən köhnə dostlarından biri. "Photon" çağırışı ilə "Air Force" pilotu olur. O qızı Monika ilə birlikdə yaşayır. Linç Rambeaunu "dayanıqlı" və "köməyə ehtiyacı olduğunu hiss etdirməyən" kimi təsvir etdi.[29] Larson, filmdə Rambeaunu "sevgi nümayişi" və "inanılmaz dərəcədə inadçı" adlandırdı. O, Danvers ilə Rambeau arasındakı dostluğun "oynaq rəqabət qabiliyyəti və qarşılıqlı hörmət" ilə bərabər olduğunu dedi. Larson kimi, Linçdə roluna hazırlaşan zaman aviasiya işçiləri ilə görüşdü. Xüsusilə, ana olan pilotlarla görüşdü. Linç, tamaşaçının, xüsusilədə anaların və qara cəmiyyətin üzvlərinin qürur hissi duyacağı və maraqlanacağı bir rol canlandırdığı üçün həyəcanlı idi. Bu Qara pantera filmindən sonra MKK-dakı Afrika-Amerikalı obrazlar üçün "gerçək bir xətt" ilə davam etməsinə kömək edirdi.
  • Qemma Çan — Min-Erva:
    Kri snayperi və Starforce üzvü.[27][30] Çan, Danvers komandaya qatılmadan öncə Min-Ervanın "Starforce ulduzu" olduğunu və "çox güman edilən və çox istedadlı olan birinin yanında təhdid edildiyini" dedi.[27]
  • Annett Beninq — Ali Zəka və Mar-Vel / Uendi Louson:
    Kri xalqının ən böyük beyinlərinin kollektiv toplusu və Kri imperiyasının hökmdarı olan süni intellekt.[31] Ali Zəka, hər kəsə, xüsusilə Versə Uendi Louson olmaqla müxtəlif formalarda görünür. Cudi Lou, Starforce-un hər bir üzvünün Ali Zəka ilə "xüsusi bir əlaqəsi" olduğunu və onun xarakterinin "bu böyük varlıqla olan əlaqəsi səbəbiylə ilahi məqsədə" sahib olduğunu ifadə etdi. Beninq həmçinin, Dünyada özünü gizlətmək üçün Uendi Louson adını istifadə edən Mar-Vell rolunu canlandırır. Louson həmçinin Versin əvvəlki müdiri idi.
  • Klark QreqqFil Kolson:
    Furi ilə yaxın çalışan Q. A. L. X. A. N. agenti.[19]

Qeydlər

  1. Qisasçılar: Sonsuzluq savaşı filmində təsvir edildiyi kimi.[6]
  2. Bu səhnə Qisasçılar: Final filminin rejissorları tərəfindən idarə olundu.

İstinadlar

  1. Strom M. Marvel Studios phase 3 update (ing.). // marvel.com Marvel Entertainment, 2015.
  2. Dokumentum. 2010.
  3. Captain Marvel, British Board of Film Classification, March 4, 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: March 5, 2019
  4. D'Alessandro, Anthony. "'Captain Marvel' Rises To $154M U.S. Opening; Experts Say Female Superhero Pic Will Pass Breakeven In Week's Time". Deadline Hollywood. March 11, 2019. March 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2019.
  5. "Captain Marvel". Box Office Mojo. 2019. March 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2019.
  6. Hornshaw, Phil; Owen, Phil; Lincoln, Ross A. "How Will 'Captain Marvel' Play into That Wild 'Avengers: Infinity War' Ending?". TheWrap.com. April 26, 2018. April 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 7, 2019.
  7. Kroll, Justin. "Brie Larson the Frontrunner to Play Captain Marvel (EXCLUSIVE)". Variety. June 1, 2016. June 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2016.
  8. Breznican, Anthony. "Brie Larson officially announced as Captain Marvel". Entertainment Weekly. July 23, 2016. July 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2016.
  9. Coggan, Devan. "Brie Larson talks suiting up as the 'flawed' but 'empowering' hero in Captain Marvel". Entertainment Weekly. September 5, 2018. September 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2018.
  10. Tanswell, Adam. "The New Recruit". SciFiNow. No. 131. Kelsey Publishing. April 7, 2017. səh. 13.
  11. Coggan, Devan. "Brie Larson takes flight as Captain Marvel on this week's EW cover". Entertainment Weekly. September 5, 2018. September 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2018.
  12. Lang, Brent. "Marvel's Kevin Feige on 'Spider-Man's' Future and Why Brie Larson Was Perfect for 'Captain Marvel'". Variety. November 22, 2016. November 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2016.
  13. Greene, Jamie. "Episode 115: Nicole Perlman". The Great Big Beautiful Podcast (Podyayım). February 7, 2017. Event occurs at 31:48. February 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2017 GeekDad vasitəsilə. Relevant transcriptions from Comic Book Resources Arxivləşdirilib 2017-02-13 at the Wayback Machine()
  14. Diaz, Jaleesa Lashay. "Brie Larson Says She Learned Her Own Strength Playing 'Captain Marvel' Role". Variety. June 14, 2018. June 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2018.
  15. Dinh, Christine. "Production Underway on Marvel Studios' 'Captain Marvel'". Marvel.com. March 26, 2018. March 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2018.
  16. Iervolino, Stephen. "Marvel Studios, Brie Larson mourn death of pilot who consulted on 'Captain Marvel'". ABC News. April 6, 2018. April 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2018.
  17. Romano, Nick. "Brie Larson researches Captain Marvel role at Air Force base". Entertainment Weekly. January 19, 2018. January 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2018.
  18. Radish, Christina. "McKenna Grace on 'The Bad Seed' Series and Playing Young Captain Marvel". Collider. September 5, 2018. September 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2018.
  19. Coggan, Devan. "Clark Gregg teases Coulson and Fury's 'meet-cute' in Captain Marvel". Entertainment Weekly. September 13, 2018. September 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2018.
  20. Lang, Brent. "'Captain Marvel' Will Be Set in the '90s With Skrulls as Villains". Variety. July 22, 2017. July 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2017.
  21. Breznican, Anthony. "Marvel Studios chief Kevin Feige on the future of Black Panther, Captain Marvel, X-Men – and beyond". Entertainment Weekly. March 9, 2018. March 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2018.
  22. Brockington, Ariana. "Why 'Captain Marvel' Is Deeply Important to Nick Fury". Variety. April 24, 2018. April 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2018.
  23. Coggan, Devan. "Samuel L. Jackson almost didn't recognize young Nick Fury in Captain Marvel". Entertainment Weekly. September 7, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2018.
  24. Sciretta, Peter. "Kevin Feige Explains How They Planned 'Ant-Man and The Wasp' Alongside 'Infinity War,' the Disney Streaming Service and More [Interview]". /Film. July 6, 2018. July 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2018.
  25. Coggan, Devan. "Ben Mendelsohn thinks the evil Skrulls in Captain Marvel are just 'misunderstood'". Entertainment Weekly. September 7, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2018.
  26. Couch, Aaron. "'Captain Marvel' Rounds Out Cast with Familiar Marvel Names". The Hollywood Reporter. March 26, 2018. March 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2018.
  27. Coggan, Devan. "Oh, Captain!". Entertainment Weekly. No. 1527. Meredith Corporation. September 14, 2018. 32–33 (inset). Gemma Chan/Minn-Erva: 'Before Carol joined the team, Minn-Erva was the star of Starforce,' Chan says of her elite Kree sniper. 'So she's slightly threatened by someone else who has come in and is also very talented.'
    Djimon Hounsou/Korath: Prior to meeting his end in Guardians, the Kree Pursuer was a decorated Starforce member. 'He's still a humorless machine,' Hounsou explains. 'But we get to experience him at his infancy.'
  28. Anderton, Ethan. "'Captain Marvel' Photos Reveal the Skrulls, Ronan the Accuser, and Young Nick Fury". /Film. September 5, 2018. September 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2018.
  29. Coggan, Devan. "Meet Maria Rambeau: Captain Marvel's Lashana Lynch introduces her high-flying Air Force pilot". Entertainment Weekly. September 6, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2018.
  30. Coggan, Devan. "Jude Law teases his 'devout warrior' character in Captain Marvel". Entertainment Weekly. September 6, 2018. September 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2018.
  31. Kit, Borys. "Annette Bening Joining 'Captain Marvel' (Exclusive)". The Hollywood Reporter. May 9, 2018. May 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.