Kapitan Amerika heykəli

Kapitan Amerika heykəli (ing. Captain Amerika Statue) – Marvel Comics nəşriyyatının eyniadlı personajının 75 illiyinə həsr olunmuş heykəl.

Kapitan Amerika heykəli
ing. Captain Amerika Statue
Ölkə ABŞ ABŞ
Yerləşir Bruklin, Nyu-York
Heykəltaraşlar MarvelComicave Studios sənətkarları
Material bürünc

Haqqında

Heykəl 2016-cı ilin iyulunda MarvelDisney tərəfindən anons edilmişdir. MarvelComicave Studios sənətkarları tərəfindən dizayn edilmişdir. Əsər 2016 San Diego Comic-Con tədbiri zamanı tanıdılmışdır. Daha sonra ABŞ turuna çıxarılmış, sonda 10 avqust 2016-cı ildə Bruklində yerləşən Prospekt-parkda – Uşaqlar küncündə, karuselin yanında qoyulmuşdur.[1] Bruklin personajın evi hesab olunur.[2]

İki həftə boyunca Prospekt-parkda qaldıqdan sonra heykəl bütün sentyabr boyunca Barclays Center-də, oktyabrdan ilin sonuna qədər isə Sanset parkında nümayiş etdirilmişdir.[1]

Təsviri

Bürüncdən hazırlanmış heykəl 13 fut hündürlüyündə, 1 ton ağırlığındadır[2]Kapitan Amerika əlində qalxanını tutmuş vəziyyətdə dayanmaqdadır. Aşağıdakı dayaq hissə üzərində isə "Birinci qisasçı" filmində Kapitan Amerikanın səsləndirdiyi "I'm just a kid from Brooklyn" (azərb. "Mən sadəcə Bruklinli bir uşağam") sözləri həkk olunub.[3]

Mübahisələr

Bəzi Bruklin sakinləri heykəllə bağlı narazıçılıqlarını bildirmiş, "parkın dincliyinə, gözəlliyinə və sakitliyinə" zərər vurduğunu iddia etmişdirlər.[3]

İstinadlar

  1. "Brooklynites object to Captain America statue in Prospect Park". NYPost (ingilis). 8 avqust 2016. 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
  2. Truitt, Brian. "Exclusive: Captain America celebrates 75 years with new bronze statue". USA Today. iyul 5, 2016. October 30, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017. (#invalid_param_val)
  3. "Captain America Returns to Brooklyn: See His New Statue Unveiled". Hollywood Reporter (ingilis). 10 avqust 2016. 2016-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.