Kapitan Alatriste (film, 2006)
Alatriste ispaniyalı tarixi kinolar rejissoru Avqustin Dias Yanes tərəfindən çəkilmiş bir filmdir.
Kapitan Alatriste | |
---|---|
ing. Captain Alatriste | |
Janr | roman ekranlaşdırması[d] |
Əsas mövzu | İntriqa[d][1], Güc[d][1] |
Rejissor | Avqustin Dias Yanes |
Prodüserlər |
Alvaro Auqustin Antonio Kardinal |
Əsərin müəllifləri |
Avqustin Dias Yanes Arturo Pereza-Riverte |
Baş rollarda |
Viqqo Mortensen Yelena Anaya |
Bəstəkar | Rokyu Banos |
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox |
İlk baxış tarixi | 1 sentyabr 2006 |
Müddət | 147 dəq. |
Büdcə | 24 milyon € |
Gəlir | 16.715.742 € |
Ölkə | İspaniya |
Dillər | İspan, Alman |
İl | 1 sentyabr, 2006 |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid, Kadis, Sevilya |
IMDb | ID0395119 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
İspaniya, 17-ci əsr. VI Filippin hakimiyyəti dövrü. Hökmdar zəif təbiətli insan olduğu üçün sarayda intriqalar baş alıb gedir. Qraf Olvares bütün sarayı idarə edir. Artıq qüruba yaxınlaşmaqda olan imperiyada məğrur əsgər Dieqo Alatristenin macəraları başlayır.
Film haqqında
- Film ekranlara çıxmazdan bir neçə il əvvəl təsdiqlənmişdi.
- Rejissor və baş rolun ifaçısı Antonio Banderas, ssenari müəllifi Enrike Urbizu olmalı idi.
- İniqo Balboa rolu üçün əvvəlcə Qael Qarsiya Bernal nəzərdə tutulsa da, rol Unaks Uqaldeyə qismət oldu.
- Layihədəki rollardan biri Leonor Uotlinqə təklif edilsə də, o, layihədə iştirak etməkdən imtina edir.
- Martina Saldan obrazını Antonio Resines canlandırmalı idi. Amma çəkilişlərə başlamazdan bir neçə həftə əvvəl aktyor avtomobil qəzasına düşür və uzun müddət çəliklə gəzdiyi üçün rolu başqa aktyora həvalə edirlər. Antonio isə filmdə muşketyorların zabiti rolunu canlandırır.
- Film ispan yazıçısı Arturo Pereza-Revertenin romanları əsasında ekranlaşdırılıb. Yazıçı 12 yaşlı qızının tarix kitabına baxarkən belə bir roman yazmaq fikrinə düşür və qızı müəyyən tədqiqat aparmaqda atasına kömək edir.
- İspaniyalı bəstəkar Rok Banyos filmə musiqi yazır. Amma final səhnəsindəki musiqi matəm marşı ilə əvəz edilir. Matəm marşının müəllifi polkovnik Abel Morendur. *Filmin büdcəsi 24 milyon €-dur və ispan kino tarixində ən bahalı layihə sayılır.
- İnkvizitor Emilio Bokaneqra roluna peşəkar ispan aktrisası Blanka Portilyo dəvət edilmişdi. Amma bu hadisə müəyyən mübahisələrə səbəb oldu. Bu, kilsəyə qarşı hörmətsizlik kimi qiymətləndirildi. Rejissor isə bu fikrə çoxdan düşdüyünü bildirir və aktrisanı filmə çəkir. Blanka növbəti filmdə ekranlara çox qısa saçla çıxır.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.