Kapibara

Kapibara (lat. Hydrochoerus hydrochaeris) — Hydrochoeridae fəsiləsinə, yarımsu həyatı keçirən otyeyən məməli. Hydrochoerus cinsinə aid olan iki müasir növdən biri. Kapibara — müasir gəmiricilər arasında ən böyüyüdür.

Kapibara
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kapibara
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  825303
NCBI  10149
EOL  326517
FW  128740

Etimalogiya

Bu ad öz kökünü ka'apiûara sözündən alır. Ölmüş Tupi dilindən tərcümədə (Quarani dilinə qohum dil) "incə otları yeyən" (kaá (ot) + píi (incə) + ú (yemək) + ara (-ən))[3] anlamını daşıyır. Orijinala yaxın şəkildə kapivara formasında portuqal dilinə daxil olmuş və əsasən Braziliyada istifadə edilir. Kapibara sözü isə ispan dilindən ingilis, yapon, alman, rus və digər dillərə keçmişdir. Latın Amerikasının bəzi ölkələrində isə carpincho (Argentina, Peru və s.), chigüiro (Venesuela, Kolumbiya), jochi (Boliviya), ñeque (Kolumbiya) və s. adlandırılır.

Növün adı olan Hydrochoerus hydrochaeris tərcümədə "su donuzu" (q.yun. ὕδωρ — su + χοῖρος — donuz) anlamını verir.

Xarici görünüş

Yetkin fərdlərin uzunluğu 1–1,35 m, hündürlüyü isə 50–60 sm təşkil edir. Erkəklər 34–63 kq, dişilər 36–65,5 kq (ölçmələr Venesuela lyanoslarında yaşayan kapibaralarda aparılmışdır)[4]. Erkəklər bir qayda olaraq dişilərdən iri olur.

Ağır bədən qruluşuna malik olurlar. Xarici görtünüş baxımından iri başlı dəniz donuzcuğuna bənzəyirlər. Başı iri və əzələlidir. Üst dodağı şişmandır. Qulaqları qısa və dairəvi formadadır. Gözləri xırdadır. Ətrafları kifayət qədər qısadır. Ön ətraflarında 4, arxa ətraflarında 3 barmaq vardır. Barmaqlar arasında pərdə vardır və sonucunda güçlü dırnaqlara sahibdir. Bədənləri uzun (30–120 mm)və sərt tüklərıə örtülüdür. Bədəninin üzəri qırmızı-qonurdan, doz rəngə, qarın nahiyəsi bir qayda olaraq sarı-qonur rəngdə olur. Balalar nisbətən parlaq rəngdə olurlar. Dişilər 3 çüt əmcəyə sahibdirlər.

Kəlləsi böyük, enli və güçlü quruluşa sahibdir. 20 dişə sahibdir. Dişləri kökə sabib olmadığından ömrü böyü yenilənə bilir. Xromoson sayı 66-dır.

Yayılması

Kapibaranın yayılma arealı

Kapibaralara Mərkəzi və Cənubi Amerikanın tropik və mülayim qurşaq arası su tutarlarının kənarlarında müşahidə edilirlər — Panamadan Uruqvay və şimal-şərqi Argentina.

Ağaşıdakı ölkələrdə müşahidə edilirlər: Argentina, Boliviya, Braziliya, Venesuela, Qayana, Kolumbiya, Paraqvay, Peru, Uruqvay, Fransa Qvianası. Yayılma arealı zonasına Orinoko, Amazonka və La-Plata çayları hövzəsi daxildir. Yayılmasında sərhədləyici faktor havanın və suyun temperaturudur. Dağlarda ancaq 1300 metrə qədər ərazilərdə görülür[4].

1991-ci ildə kapibaranın cırtdan forması olan canlıları — Kiçik sudonuzcuğu (Hydrochoerus isthmius Goldman, 1912) adı ilə müstəqil növ elan edilmişdir. Onlara Panamanın şimalından Kolumbiyaya və şimal-qərbi Venesuelaya qədər müşahidə edilirlər. Ölçülərinə görə bu canlılar kapibaradan gözlə görüləcək dərəcədə kiçikdirlər.

Sudonuzcuqlarına aid palıqlar hələ üst miosen dönəminə aiddir. Bu qəbildən olan heyvanlar Hydrochoerinae alt fəsiləsinə daxil edilir. Alt fəsiləyə daxil olan bütün növlər Mərkəzi və Cənubi Amerika ərazisində qeydə alınmmışdır[4].

Həyat tərzi və qidalanması

Yarımsu həyat tərzi keçirir. Sudan nadir hallarda 500–1000 m[4] aralıqlarda müşahidə olunur. yayılma arealı su səviyyəsinin dəyişdiyi mövsümlərdən aılı olaraq dəyişir. Quraq mövsümlərdə iri çayların və su tutarlarının kəmnaerlarında müşahidə edilirlər. Qida tapmaq məqsədi ilə uzaq məsafələri belə qət edə bilirlər.

Bu canlılar əsasən gündüz həyat tərzi keçirirlər. Ancaq insan və yırtıcılar onları narahat etdikdə gecə həyat tərzinə keçirlər.

Kapibaralara yaxşı üzür və suya baş vura bilirlər. Göz, burun və qulaqların yerləşmə xüsusiyyətlərindən asılı olaraq, onlar üzərkən suyun üzərində qalır.

Təbii düşmənləri — vəhşi itlər, timsah kaymanları, orinoko timsahı, yaquar, oselot, anakonda. Onlar düşmənlərindən suyun altında, burun dəlikləriuni isə üstündə tutaraq gizlənə bilirlər.

Onlar əsasən təzə otlar və su bitkiləri ilə qidalanırlar.

Sosial struktur və çoxalma

Balaları ilə birlikdə olan kapibara

Kapibara sosiual canlılardır. Əsasən 10–20 başdan ibarət olan qruplarda yaşayırlar. Qrup dominantlıq edən erkəkdən, dişilərdən, tabe olmuş erkəklərdən və balalardan ibarətdir. Erkəklərin 5–10 % tənha yaşayır. Adətən dominat erkəklər onlara rəqib olacaq erkəkləri qovurlar. Quraq ərazilərdə qrupda fərdlərin sayı çoxalır. Quraq mövsümlərdə qruplardakı fərdlərin sayı yüzlərlə olur. Kapibara sürüləri bəzən 10 ha-larla ərazini tuturlar. Minimal yaşayın ərazisi 1 ha-dır. Ərazilərini işarələyən bu canlılar bəzən ərazi uğrunda davalara səbəb olurlar.

Əlaqə üçün əsasən səslərdən istifadə edirlər.

Kapibaralar il boyu çoxala bilirlər. Ancaq cütləşmə əsasən yağışlar mövsümünün əvvəllərində baş tuutur. Çütləşmə suda baş tutur. Boğazlıq dövrü 150 gün davam edir. Doğumun böyük əksəriyyəti sentyabr-noyabr ayları gerçəkləşir (Venesuela)[4]. Doğun quruda, aşıq bir ərazidə baş tutur. 2–8 arası bala doğurlar. Balalar anadan gəlmə diçlərə sahib olur və artıq gözləri açıq olur. Yeni doğulan baların çəkisi 1,5 kq-dır. Balalar qrupun digər dişiləridə baxa bilir. Balalar doğulduqdan bir qədər sonra ananın arxansına gedə və otla qidalana bilir. Bununla belə südlə bəslənmə 3–4 ay davam edir.

Onlar artıq 15–18 ayında yetkinləşirlər və 30–40 kq çəkiyə sahib olurlar.

Tarixdə

Bir neçə yüz il əvvəl Katolik kilsəsi kapibara ətini yeyiləcək qidalar sirasına daxil edir. Bundan sonra onların Cəniubi Amrerikanın bir çox ölkələriində məşhurluq qazanır (əsasən Venesuela)[5].

Populyasiyanın statusu

Əsas düşmənləri: suda — anakondalarkaymanlar, quruda — yaquar. Onların balalarını isə urubular (Coragyps atratus), həmçinin çöl itləri yeyir[4].

Kapibaralar qorunan canlılar siyahısına daxil deyillər. Onlar Torpaqların kənd təsərrüfatına cəlb olunması quraqlıq mövsümündə onların asasnlıqla qida tapmalarına səbəb olur[6]. Araşdırmalar göstərirki, otlaq ərazilərdə bu canlıların sayı əl dəyməmiş ərazilərindəkindən çoxdur. Ən böyük populyasiyada hər hektara 2–3,5 baş düşür[4].

Parkda kapibara

Hal-hazırda kapibara xüsusi fermalarda (Venesuela) ət və dərisinə görə bəslənilirlər. Onların piyi həmcinin ətriyyat istehsalında istifadə edilir. Yeyənlər kapibara ətini dad və görünüş baxımından donuz ətinə bənzədirlər.

Rio-de-Janeyro, Minas-Jerays, San-Paulu ştatları ərazisində yerləşən təbii rezeruvarlarda Rickettsia rickettsii bakteriyası tərəfindən törədilən "qayalı dağlar ləkəli qızdırması" xəstəliyi müşahidə edilmişdir. Xəstəlik Amblyomma cajennense gənələri vatəsi ilə insana da keçə bilir. Bu parazitlər kapibaralarda yaşayır və otlaqlarda insanlara keçə bilir[7]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. http://www.yourdictionary.com/capybara Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine Your dictionary
  4. Mones, A. and Ojasti, J. 1986. Hydrochoerus hydrochaeris Arxivləşdirilib 2010-06-22 at the Wayback Machine. Mammalian Species No. 264: 1–7. Published by The American Society of Mammalogists.
  5. In Days Before Easter, Venezuelans Tuck Into Rodent-Related Delicacy Arxivləşdirilib 2008-07-05 at the Wayback Machine. by Brian Ellsworth (Special to the Sun) March 24, 2005.
  6. Ojasti, J., and G. Medina-Padilla. 1972. The management of capybara in Venezuela. Trans. N. Amer. Wildl. Nat. Res. Conf., 37:268–277.
  7. Rodrigo N. Angerami, Mariângela R. Resende, Adriana F. C. Feltrin, Gizelda Katz, Elvira M. Nascimento, Raquel S. B. Stucchi, Luiz J. Silva. 2006. Brazilian Spotted Fever: A Case Series from an Endemic Area in Southeastern Brazil. Epidemiological Aspects. Annals of the New York Academy of Sciences 1078 (1), 170–172. Absract Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.