Kap dəniz pişiyi

Kap dəniz pişiyi, və ya Cənubi Afrika pişiyi(lat. Arctocephalus pusillus) — qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Afrika və Avstraliya sahillərində yaşayır.

Kap dəniz pişiyi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kap dəniz pişiyi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180629
NCBI  37191
EOL  46559194
FW  71843

Xaiçi görünüşü

Erkəklər 2,5 metr, dişilər isə 1,8 metr uzunluğa malik olurlar. Bu göstərici ilə bu növ dəniz pişikləri arasında ən irisidir. Bu baxmayaraq latın dilində pusillus kəlməsi "kiçiçik" mənasını verir.

Yayılması

Kap dəniz pişiyi.

Arctocephalus pusillus pusillus yarımnövü koloniya şəklində CARNamibiya sahillərində yaşayır. Bəzən isə şimalda Anqola sahillərində də görsənir. Hətta subantarktik ərazilərdə Şahzafə Eduard adalarına qədər üzürlər.

Digər yarımnöv Arctocephalus pusillus doriferus isə Tasmaniya adası sahilləri və Bass boğazı akvatoriyasında çütləşmə mövsümünü keçirir.

İnkişafı və sayı

XIX əsrdə bu növ tükənmə təhlükəsi ilə qarşı-qarşıya idi. Hazırda isə Afrika sahillərində 1,5 milyon Kap dəniz pişiyi yaşayır. Təkcə Namibiya sahilində 100 min vardır.

Afrikada onların ovlanmasına icazə verilir. Ancaq ov nəzarət altındadır. Əsasən Namibiya bu sahədə seçilir. Onların təkçə dərisi yox həm də əti və piyi istifadə edilir.

Vaxtı ilə Avstraliya sahillərində 10-minlərlə Kap dəniz pişiyi yaşayırdı. 1940-cı illərdə onların sayı 25-minə enmişdi. Hazırda 50-min baş vardır.

Maraqlı fakt

Praqa zooparkında yaşayan (1991–2002) Qaston ləqəbli Kap dəniz pişiyi 2002-ci ildə Avropada baş verən daşqın zamanı qaçır. Uzun zaman üzdükdən sonra alman xilasediçiləri tərəfindən Elba çayında tutulur[3].

Hələ ki elmə məlum olmayan səbəblərdən bu növün nümayəndələri mavi köpəkbalıqları ilə qidalanır. Əvvəllər isə əksinə köpək balıqları dəniz pişikləri ilə qidalanırdı. Bu cür yer dəyişmə ekoloji faktorla əsaslandırılmağa çalışılır. Dəniz pişikləri köpək balıqlarını izləyir sonra isə onları öldürərək daxili orqanlarını parçalayırlar.[4]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Praqa zoparkında dəniz pişiklər". Çex mozaykası. 2013-01-11. 2013-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-21.
  4. Arxivləşdirilib 2015-06-12 at the Wayback Machine Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.