Kanyon tipli dərələr

Kanyon tipli dərələr- (rus. каньон ing. Canyon) Müəyyən dərəcədə dar dərə tipinə oxşayırlar. Ancaq kanyon tipli dərələrin yamaclarında müəyyən pillələr və ya terraslar əmələ gəlir. Onların mənşəyi kanyonun yamaclarında yerləşən müxtəlif süxurların eroziya prosesinə qarşı davamlılığı ilə bağlıdır. Bu səbəbdən də kanyon tipli dərələrdə pillələr olur. Hal-hazırda dünyada ən böyük kanyon ABŞ-dadır. Həmin kanyon Kolorado çayı üzərindədir. Onun maksimal dərinliyi 2 km-dən çox, uzunluğu isə təqribən 300 kilometrə bərabərdir. Kanyon tipli dərələr Yer kürəsinin başqa sahələrində də vardır. Bunlardan biri İspaniyanın Taxo çayı üzərindədir.Azərbaycanda isə Kəlbəcər rayonu ərazisindəki Tərtər çay dərəsində də müşahidə oluna bilər.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Səmədov S. S. Məmmədova P. Ə. Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası. Ali məktəblər üçün dərslik. Bakı.2011.134 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.