Kansay regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto.
Kansay regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Honşu |
Statistika | |
Sahə | 27335,11 km² |
Əhali | 22757897[1] nəf. |
Əhali sıxlığı | 830 nəfər/km² |
Prefekturalar | 7 |
Adı
Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.[2]
Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi.[3]
Coğrafiya
Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir.
Parklar
- İse-Şima Milli Parkı
- Yoşino-Kumano Milli Parkı
Dağlar
- Çuqoku dağların şərqi hissəsi
Göllər
Çaylar
- Kuzuryu çayı
- Kita çayı
- Yura çayı
- Yodo çayı
- Yasu çayı
- Katsura çayı
- Kamo çayı
- Kizu çayı
- Doton çayı
- Yamato çayı
- Maruyama çayı
- Kako çayı
- İbo çayı
- Kinokava çayı
- Yamato çayı
- Kumano çayı
- Muko çayı
Əhali
Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir.[4]
Tarix
Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi. 794-cü ildən bəri Yapniyanın paytaxtı Kansay regionun Kioto şəhəri olub. 1603-cü ildə isə onun yerini Edo (müasir Tokio) almışdı. Lakin ona baxmıyaraq ki, paytaxt artıq Kansayda deyildi, Osaka və Kioto hələ də Yapon iqtisadiyyatın mərkəzləri idilər.[5]
İstinadlar
- Ministry of Internal Affairs and Communications Statistics Bureau. "平成 22 年国勢調査の概要" (PDF). 26 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 May 2012.
- Dorothy Perkins. Five Hundred Fun Facts About Japan. DIANE Publishing. 1994. səh. 67. ISBN 1568061528. 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- "Britannica: Kinki". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- Fred M. Shelley. World's Population, The: An Encyclopedia of Critical Issues, Crises, and Ever-Growing Countries. ABC-CLIO. 2014. səh. 329. ISBN 1610695070. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- "nara heritage online". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.