Kandela

Kandela işıq şiddətinin vahididir. Beynəlxalq BS sistemindəki 7 əsas vahiddən biridir.

Kandela
Ümumi məlumatlar
Simvolu kd
Adını daşıyır şam

Dalğa uzunluğu və tezlik

Şüalanma dalğa uzunluğu və ya tezlik ilə ifadə oluna bilər. İkisi arasındakı əlaqə:

Burada λ dalğa uzunluğu, f tezlik və c də işığın sürətidir.

Vakuumda işığın sürəti 299,792,458 m/s təşkil edir. BS sistemində dalğa uzunluğu vahidi metr (m) və tezlik vahidi Hertzdir (Hz), (yuxarıdakı ifadədə tezlik GHz ilə verilirsə, dalğa uzunluğu da nm ilə hesablana bilər).

Elektromaqnit güc və işıq gücü

Bütün işıq mənbələri elektromaqnit spektrində şüalanır. Bu şüalanmanın gücü vattla ölçülür. Ancaq bu şüalanmanın tamamı insan gözü ilə görülə bilməz. İşıq insan gözü ilə qəbul edilən şüalanmaya verilən addır. İşıq gücünə işıq seli deyilir. İşıq selinin BS-də vahidi lümendir ( lm ilə işarələnir).

İşıq şiddəti

Nöqtəvi işıq mənbəyində bir steradianlıq cisim bucağına düşən işıq selinə işıq şiddəti deyilir. Nöqtəvi mənbə üçün,

Burada Φ işıq seli, I isə işıq şiddətidir. İşıq şiddətinin vahidi kandeladır (qısaldılmış cd ).

İşıq səmərəliliyi

İnsan gözü 380-740 nm arasındakı elektromaqnit spektrinə həssasdır. Ancaq spektrdəki hər dalğa uzunluğuna eyni dərəcədə həssas deyil. Aydınlıq mühitdə maksimum həssaslıq 555 nm dalğa uzunluğundakı işıqadır (yaşıl rəng). Yalnız bu dalğa uzunluğunda şüalanan və 1 Vt elektromaqnit güc yayan mənbə 683.002 lm işıq seli yaradır. Bütün digər dalğa uzunluqlarında 1 Vt elektromaqnit gücü ilə yaranan işıq seli (və buna görə də işıq şiddəti) bundan azdır.

BS vahidi kimi Kandela

Fizikada istifadə olunan bütün vahidlər yeddi əsas vahiddən əldə edilə bilər. BS əsas vahidi adlanan bu vahidlər Conférence générale des poids et mesures beynəlxalq təşkilatı tərəfindən müəyyən edilir. Kandela da bu yeddi əsas vahiddən biridir (digərləri metr, kiloqram, saniyə, amper, kelvin, mol).

1948-ci ildə kandelanın tərifi belə qəbul edildi: Platinin 1/ 600.000 m2lik səthinin donma nöqtəsində və 101.325 N/m2 atmosfer təzyiqində işıq şiddəti.

Ancaq bu ölçməni yerinə yetirmək çox çətindir. Texnologiyanın inkişafı ilə 1979-cu ildən etibarən vahid radiometrik ölçmələrlə və güc vahidi vatt əsasında ölçülməyə başlandı.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.