Kanar cərəyanı
Kanar cərəyanı— Şimali Atlantik sprilvari hərəkətinin bir hissəsi olub, soyuq okean cərəyanıdır. Bu cərəyanın şərq sərhədləri Şimali Atlantik cərəyanının cənubundan keçir və cənub-qərbə doğru Seneqala qədər axır, sonra Atlantik Şimali Ekvatorial əks cərəyanına birləşir. Cərəyan adı Kanar adalarının adıyla adlandırılmışdır. Arxipelaq Kanar cərəyanının hərəkətını qismən əngəlləyir (Gyori, 2007).
Kanar cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Atlantik okean |
Tip | Soyuq |
Vikianbarda əlaqəli mediafayllar |
Bu geniş və yavaş hərəkət edən cərəyanın Mərakeşin qərb sahilləri boyunca erkən Fenikiya naviqasiyasında və məskunlaşmada istifadə edildiyi düşünülür. Antik Fenikelilər yalnız bu cərəyan zona daxilində bir çox balıqçılığı istismar etməklə kifayətlənmədilər, eyni zamanda dəniz gastropod murex növündən Tyrian bənövşəyi boya çıxarmaq üçün bugünkü Essaouira şəhərində olan Iles Purpuraires-də bir zavod qurdular.
Ədəbiyyat
- Ansa-Emmin, M. (1982) Fisheries in the CINECA region. Rapp. P.-v. Reun. Cons. Int. Explor. Mer. 180: 405-422.
- Canary Current (2002)