Kanal Qrande
Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı.[1]
Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir.[1]
Kanalın sahili demək olar ki, yoxdur.[1] Onu evlərin fasadı əvəzləyir.[1] Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya.[1] Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər.[1]
Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.[1]
İstinadlar
- Çinlilər dünyanın 7 şəhərini və abidəsini klonlaşdırıblar. Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine publika.az, 26.03.2015 (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.