Kanal-S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı.
Kanal-S | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 peykinin əhatə dairəsi |
Dil | Azərbaycan dili |
Baş qərargah | 20 yanvar küçəsi, Şəki, Azərbaycan |
Yaranma tarixi | 29 dekabr 2008 |
Rəhbərlik | Rəşad Məmmədov |
Keçmiş adları | ARB Şəki (19 sentyabr 2016 – 7 yanvar 2022) |
Şüar | Sizdəyik! |
Qardaş kanallar |
ARB Kəpəz TV ARB Şimal ARB Cənub EL TV ARB 24 Kəpəz FM ARB Günəş |
Sayt | kanal-s.az |
Tarixçə
Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur.[1]
"Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Kollektiv televiziya sahəsində öz sözünü demiş təcrübəli və peşəkar kadrlarla yanaşı, istedadlı gənclərdən təşkil edilib. "Kanal-S" Həmidə Ömərova, Nadir Bədəlov, Anar Ağakişiyev, Yusif Cəfərov kimi məşhurlarla əməkdaşlıq edir.
Telekanalın həftəlik yayım həcmi 168 saatdır. Yayımın 75%-ni televiziyanın öz istehsalı olan proqramlar, 5%-ni ölkə ərazisində, 20%-ni isə xaricdə istehsal olunan proqramlar, filmlər təşkil edir. "Sizə hamıdan yaxınıq" devizini əsas götürən şirkətin prioriteti operativlik və obyektivlikdir.
19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olmuşdur.[2]
8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olmuşdur.
28 yanvar 2022-ci ildən etibarən "Azerspace-1" peykində və "KATV1" kabel televiziyasında yayıma başlayıb.
14 fevral 2022-ci ildən etibarən artıq rəngarəng verilişlərlə tamaşaçıların görüşünə gəlib. Əsas məqsəd isə bölgələrin, rayon və şəhərlərimizin təbliği, Azərbaycanda güclü turistik potensialı olan məkanların, kənd təsərrüfatının və digər infrastrukturların tanıdılmasıdır.
Həmidə Ömərova, Lalə Əlmuxtarova və digər tanınmışlarla yanaşı, tamaşaçılar yeni simalar da görəcəklər. Yeni layihələr arasında Həkimcanlı, Yeməli, Kəndimiz, Onun yolu, Bəlkə, Tur-izim kimi bir çox fərqli və maraqlı verilişlər izləyiciləri gözləyir.
Həmçinin Kanal-S-dən bölgələrdə baş verən ən son xəbərləri də operativ şəkildə öyrənə biləcəklər. Kanal-S-in xəbərlər xidməti sizə bölgələrdə baş verən ən son hadisələri çatdıracaq. Bir sözlə, “Sizdəyik” devizini əsas götürən telekanalın əsas məqsədi Azərbaycan teleməkanında daha fərqli strategiya, əyləncəli və maraqlı proqramlarla tamaşaçıları maarifləndirmək, xüsusilə də xanımların televiziya qarşısında daha səmərəli vaxt keçirmələrini təmin etməkdir. Hazırda kanalda 121 əməkdaş çalışır və 14 veriliş istehsal olunur.
- ARB Şəki adıyla yayımlandığı müddətdə istifadə etdiyi loqo
Xarici keçidlər
İstinadlar
- "Şəkidə "Kanal-s" Televiziya Şirkətinin açılışı olmuşdur". Azərtac.
- "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.