Kanada hinduları

Kanada hindularıKanadada yaşayan yerli xalq.

Şimali Amerikada hindu ailəsi

Tarixi

Tarixi hindu oxu
Pay-vay
Hindu döyüşçüsü xidatsa

Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur.

28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır.

Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, fin-uqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır.

Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular» adlandırılmağa başladı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-birindən fərqli idi.

Qitənin şimal hissəsində məskunlaşmış tayfa və xalqlar ibtidai yaşayış səviyyəsində idi. Texas, Nevada, Kaliforniyada (Lyüisvill, Tyul-Sprinqs, Santa-Ros adası), Sandia rayonunda (b.e.ə. 25-15-ci minillik) od və Daş silahları ilə davranmağı bacaran yığıcılıq və ovçuluqla məşğul olanların düşərgələri tapılmışdır. Arizon və Nyü-Meksikoda tapılmış ilk kənd təsərrüfatı qəsəbələrinin tarixinin b.e.ə. VII-VI minilliyə aid olması sübuta yetirilir. XVI əsrdə Şimali Amerika xalqlarının inkişaf səviyyəsi yekcins deyildi: ibtidai icma cəmiyyətinin ayrı-ayrı inkişaf səviyyələrində yaşayan bu xalqları məskunlaşdıqları yerlərə, ərazilərə görə bir neçə qrupa bölmək olar: birinciyə Arktika zonasına aid ovçu vəbalıqçılar – aleut və eskimoslar (hinduca: çiy ət yeyən) daxil idi.

Bu ərazidə yaşayanların başlıca məqsədi yaşamaq üçün mübarizə aparmaq idi. Bu məqsədin reallaşdırılmasına yönəldilmiş özünəməxsus təsərrüfat-mədəni tip formalaşmışdı. Bu tip mürəkkəb iqlim şəraitinə uyğun təşəkkül taparaq dəniz heyvanlarının, maral, sığın, quşların ovlanması, balıqçılıq, meyvə və müxtəlif ot bitkilərinin yığılması kimi peşələrdə təzahür edirdi.

Dəri və ya qabıqla örtülmüş yaşayış yerləri yayda, iqlular (buz komalar) isə qışda sakinləri soyuqdan və pis havadan qoruyurdu. İki laydan ibarət dəri geyim (geyimin içi və səthi dəridən ibarət olur). Dəridən tikilmiş uzunboğaz çəkmələr, balıq dərisindən plaşlar, tozağacından şlyapalar arktika adamının geyimi idi. Bu ərazinin sakinləri bədii yaradıcılığa da biganə deyildilər. Bu yaradıcılıq mahnı, rəqs, ağac üzərindəki oyma, geyim ornamentlərində və s. təzahür tapırdı.

Arktika qrupuna Kanadanın şimali meşəlik hissələrinin və Sakit okean sakillərinin şimali-qərb hissəsindəki sakinləri (tlinkit, xayda və s.) də aid edilirdi. Burada məskunlaşmışların həyat tərzi ilə əvvəlkilərin müəyyən yaxınlığı da var idi: məşğuliyyət növü, istifadə edilən əmək alətləri (yay-kaman, ox, harpun, tələ, balıq tutmaq üçün xüsusi çəngəl aləti), yaşayış məskənlər və s. Alqonkinlərin karkası ağacdan, üzəri tozağacı qabığı və ya dərilə örtülən konus formalı tikililəri də (viqvamlar) mühüm yer tuturdu.

Hindular qış mövsümü üçün dəridən, yay üçün isə zamşdan (yumşaq maral dərisi) geyimlər hazırlayırdılar. Əsas geyim köynək (kişilər üçün dizdən aşağı, qadınlar üçün topuğa qədər) və tuman hesab edilirdi. Bu geyimlər mokasina adlanan çəkmələrlə geyilirdi. Başı və əlləri qışda soyuqdan, yayda isə, həşəratlardan qorumaq üçün kapyuşon adlı üst geyim ilə örtürdülər. Şimal-qərb rayonlarının sakinləri dəridən hazırlanmış geyimlərə dağ keçilərinin yunundan istehsal olunmuş parçalar da əlavə edirdi. Tlinkitlərin parçadan xüsusi naxışlarla bəzədilmiş çiyinlikləri fəxr hesab edilirdi.

Geyimlər saçaqlarla, maral tükləri, dəniz balıqqulaqlarından hazırlanmış rəngarəng naxışlarla bəzədilirdi. Meşə hinduları nadir balıq sümüklərindən düzəldilmiş boyunbağıları, molyuskadan çıxarılmış çəhrayı və yaşıl incilərdən ibarət sırğaları, sidr ağacının təmizlənmiş köklərinin hörüklərindən, tülkü quyruğu və qartal lələklərindən hazırlanmış baş örtüklərini istifadə edirdilər. Onlar öz sifət və bədənlərini tatuirovka ilə bəzəyirdilər. Zəngin qadınlar alt dodaqlarından ziynət əşyası taxırdılar ki, bu qeyri-adi şəkildə zərif və incə görünürdü. Qeyd etmək lazımdır ki, bu xalq ağac üzərində işləmə sahəsində şöhrət tapmışdır. Belə ki, onlar ağacdan müxtəlif məişət ləvazimatları (qaşıq, qablar, boşqab), rituallar üçün əşyalar – qalxan, döyüşlər üçün dəbilqəmaska, şamanlar üçün əsa, totem maska və dirəklər hazırlayırdılar. Bunlar sehrə malik olan müqəddəs əşyalar kimi dərk olunurdu. Dəbilqə insanın daxili, mənəvi gücü, şəxsi ləyaqətinin təzahürü kimi başa düşülürdü. Qalxan öz sahibinə xoşbəxtlik və müvəffəqiyyət gətirən qüvvə kimi dərk edilirdisə, şamanın əsası ona ruhi aləmə daxil olmaq üçün qüvvə gətirir və bu əşya vasitəsilə ruhları çağırmaq mümkün idi. Maska əcdad və ya fövqəltəbii qüvvələrin təzahürü kimi dərk edilirdi. Müxtəlif heyvanların rəmzi fiqurları tayfanın totemləri hesab edilirdi. Çox zaman bu fiqurların incə və zərif işlənməsi, bəzədilməsi yüksək bədii səviyyə ilə izah edilir. Qumdaşından hazırlanmış yonucu alət və akula dərisinin hissələrindən polirovka zamanı istifadə olunurdu.

Tlinkitlər qurğuşundan müxtəlif bəzək və ziynət əşyalarının hazırlanmasında məşhur idilər. Soyuq döymə üslubunu tətbiq edərək ustalar sırğa, üzük, qolbaq, boyunbağı kimi əşyalar düzəldirdilər. Şimali Kanada, Sakit okean sahillərinin şimalında məskunlaşmış sakinlər qəbilə inkişafı səviyyəsində olduğu halda şimal-qərb hinduları artıq quldarlıq çağında idilər.

Kanadada yaşayan hindu qəbilələri

1700 nəfərə qədərlər

Ən tanınmış xalqlar:

ABŞ-dən köçənlər

Kanadanın köklü xalqlarının siyahısı

Sayları və yerləşmələri

Bölgələr İlk etnik qruplar Yaxınları Rezervlər
Britaniya Kolumbiyası 198 129.580 1702
Ontario 139 158.395 206
Saskaçevan 70 91.400 602
Manitoba 63 100.645 195
Alberta 46 92.275 137
Kvebek 39 65.090 44
Şimal-Qərb Əraziləri 26 12.640 29
Yukon 18 6.275 15
Nyu-Brunsvik 15 12.385 26
Yeni Şotlandiya 13 15.240 39
Nyufaundlend və Labrador 3 7.765 3
Şahzadə Eduard Adası 2 1.230 4

İstinadlar

  1. Общины восточного берега Гудзонова залива (Нунавик)
  2. Общины южного берега Гудзонова пролива (Нунавик)
  3. Общины берегов залива Унгава (Нунавик)

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.