Kamran M. Yunis

Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı.

Kamran M. Yunis
Doğum tarixi 5 dekabr 1974(1974-12-05) (49 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Mükafatları ARRI
Altın Şafran
"Vaqif Səmədoğlu" medalı

Həyatı

Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb. 2012-ci ildə Azərbaycanda ilk olaraq Redyard Kiplinqin "Mauqli" (8 saat), audio kitabı gözdən əlil və fiziki imkanları məhdud olan uşağlar üçün nəzərdə tutulmuşdur. 2019-cu ildə isə Vaqif Səmədoğlu şeirlərindən ibarət " Xatirəni… gəl özün apar" audio kitabının müəllifi də məhz Kamran M. Yunisdir. Sənətçi Kamran M. Yunis 2006-cı ildən (AZTV) dublyaj sahəsində çalışır və 5000 ə yaxın filmin ana dilimizdə səslənməsində zəhməti var. Onun Azərbaycan poeziyasından səsləndirdiyi 2500 dən çox şeir, poema, nağıl dinləyicilərin ruhunu oxşayır.

Mükafatları

4 iyun 2020-ci ildə Vaqif Səmədoğlu medalı ilə təltif edilmişdir.[1]

Filmoqrafiya

  1. 36 kadr (film, 1996) qısametrajlı film
  2. Salur Qazanın evi talandığı boy (film, 2001)
  3. Dronqo (teleserial, 2002)
  4. Ölülər və dirilər
  5. Rami (film, 2007)
  6. Yenə o bağ olaydı (film, 2002)
  7. Oyun (film, 2003)
  8. İtirilmiş pay (film, 2008)[2]
  9. Hökmdarın taleyi (film, 2008)
  10. Muğamat var olan yerdə... (film, 2009)
  11. Odlar Yurdu Azərbaycan (2009)
  12. Aqşin Əlizadə (film, 2011)
  13. Sübhün səfiri (film, 2012)
  14. Zalım intiqam (film 2011)
  15. 5+ (film, 2014-2015) (bədii serial) (aktyorlarla iş üzrə rejissor, rol: əsas məşqçi)
  16. Xəlvətdə qalmış müdrik (film, 2014)
  17. Vulkanın nəfəsi (sənədli film 2015)
  18. Bağışla, gələ bilmədim (film, 2015)
  19. Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə (film, 2015)
  20. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
  21. Susqun - qısametrajlı film (2015)
  22. Vicdan haqqı (teleserial, 2016)
  23. Üçüncü günün adamı film - 2016)
  24. Yuxu kimi (teleserial, 2019)
  25. Polkonikin əmanəti (film — 2020) — Səməd bəy Mehmandarov

Teatr səhnəsindəki rolları

Yuğ teatrı

  1. "Bir-iki bizimki" — Kamal Abdulla (1993) Oğlan
  2. "Itmiş zaman" — Müəllif
  3. "Solğun çiçəklər" — C. Cabbarlı (1996) (diplom tamaşası) Bəhram
  4. "Adam uşağı" — U. Minnur (1997) Anti
  5. "Also sie sind qe kommen" — V. İbrahimoğlu (1998)
  6. "Modus Vivendi" — V. İbrahimoğlu (1998)
  7. "Ölülər" Cənab Ö — C. Məmmədquluzadə (1998) Kefli İsgəndər
  8. "Canımda can" — İ. İbrahimli (2001)
  9. "Hamlet" X məqamı- V. Şekspir (2004) Hamlet
  10. "Can üstə" — A. Məsud (2005)
  11. "Dadaş" — C. Məmmədquluzadə (2003)
  12. "Vəsl" — M. Füzuli (2007)
  13. "Yar" — M. Füzuli (2008)
  14. "Birinci akt" — A. P. Çexov (2009) Yepixodov
  15. "Hərdən mənə mələk də deyillər" — Kamal Abdulla (2001) Şair
  16. "Eşşək kölgəsi uğrunda məhkəmə prosesi" Fridrix Dyuremant. (1993) Çarvadar Antraks
  17. "Sərgüzəşti Vəziri-Xani Lənkəran" — M. F. Axundov (1992) Vəzir Mirzə Həbib
  18. "Midasın kulakları " 2006
  19. "Balaca Şahzadə" — Antuan de sent Ekzüperi

İstinadlar

  1. Bakı Post. "Bu şəxslər [[Vaqif Səmədoğlu]] medalı aldılar" (az.). Bakupost. 05.06.2020. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  2. "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.