Kamran Musayev

Kamran Kazım oğlu Musayev (30 oktyabr 1973, Göllü, Amasiya rayonu) — ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi (2011), Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri.

Kamran Musayev
Musayev Kamran Kazım oğlu
Doğum tarixi
Doğum yeri Göllü, Amasiya rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri tibb, ürək-damar cərrahiyyəsi
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı Professor
İş yeri Mərkəzi Klinik Xəstəxana
Mükafatları "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı  — 2011
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
www.audcc.org.az www.kamranmusayev.az

Həyatı

Kamran Kazım oğlu Musayev 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının (Amasiya rayonu) Göllü kəndində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdib və həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2 il burada təhsil aldıqdan sonra, 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakültəsinə göndərilir. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub və elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahan verir. İmtahandan müvəffəqiyyətlə keçən Dr. Kamran Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində illərdir xəyalını qurduğu ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayır.

1996–2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xəstəxanasında ürәk–damar cәrrahı olaraq işləyir. Nəhayət 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyəsi mütəxəssisi olaraq vətənə qayıdır. Həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayır. İngiltərə (Harefield Hospital) və Amerika Birləşmiş Ştatlarında (Mayo Clinic) ixtisasartırma kurslarında da iştirak edən Kamran Musayev 2005-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (İngiltərə, Kembric) tərəfindən "XXI əsrin görkəmli ziyalıları" (2000 — Outstanding Intellectuals of the 21st Century) siyahısına daxil edilib.

2006–2009-cu illərdə adı çəkilən klinikanın icraçı direktorunun tibb işləri üzrə müavini, 2009-cu ildən indiyə qədər isə baş həkimidir. Eyni zamanda Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin təsisçisidir. 2004–2023-cü illərdə Cəmiyyətin sədri vəzifəsini icra edib. Hazırda Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin fəxri sədri kimi öz bilik və təcrübəsini gənc həmkarları ilə bölüşür. Çox sayda tibbi məqalələri milli və beynəlxalq mətbuatlarda yayınlanmış, dəfələrlə beynəlxalq konfranslarda çıxış etmişdir. Bunlardan biri də 2009-cu ildən etibarən onun təşəbbüsü ilə Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" Beynəlxalq Konqresidir. Bundan başqa, 2009-cu ildən etibarən hər ilin sentyabr ayında Dünya Ürək Federasiyasının başlatdığı "Dünya Ürək Günü" məhz Dr. Kamran Musayevin təşəbbüsü ilə Azərbaycanda da qeyd edilir.

Əhalinin ürək-damar xəstəlikləri haqqında məlumatlandırılması və maariflənməsi üçün mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxış edir. Məhz Dr. Kamran Musayevin ölkəyə gəlişi ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin xarici ölkələrə axını kəskin şəkildə dayanmışdır. O, Azərbaycanda fəaliyyət göstərdiyi 2002-ci ildən bu yana 10 minlərlə ürək-damar cərrahi əməliyyatı həyata keçirib. Bunların böyük əksəriyyəti aorta-koronar şuntlama əməliyyatı olub.

2013-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı da məhz Kamran Musayev tərəfindən həyata keçirilib. 2017-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq Kamran Musayev və onun komandası tərəfindən qan dövranı dayandırılmaqla Ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat icra olunub. 2018-ci ilin noyabr ayında ölkəmizdə ilk dəfə olaraq "Ozaki əməliyyatı" adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxanada Prof. Dr. Kamran Musayevin komandası tərəfindən xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunması əməliyyatı həyata keçirilib.

Bunlardan əlavə Dr. Kamran Musayev gənc həkimlərə verdiyi dəstəklə də tanınır.

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı cənab İlham Əliyevin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

30 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib[1].

Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının sədridir.

Təhsili

  • 1990–1992-ci illərdə Azərbaycan Tibb Universiteti, Müalicə Profilaktika Fakültəsi (Azərbaycan, Bakı)
  • 1992–1996-cı illərdə İstanbul Universiteti, Tibb Fakültəsi (Türkiyə, İstanbul)
  • 1996–2002-ci illərdə Cərrahpaşa, Tibb Fakültəsi (Türkiyə, İstanbul)
  • 1996–2002-ci illərdə Qədir Xas Universiteti Florence Nightingale Xəstəxanası, Ürək-Damar Cərrahiyəsi (Türkiyə, İstanbul)

İş təcrübəsi

Üzvlük

  • 1996 — Türkiyə, Ürək-Damar Cərrahiyəsi Cəmiyyəti
  • 1998 — Türkiyə, Anesteziologiya və Reanimatologiya Cəmiyyəti
  • 2004 — Azərbaycan, Ürək-Damar Cərrahiyəsi Cəmiyyəti
  • 2005 — Asiya, Ürək-Damar Cərrahiyəsi Cəmiyyəti
  • 2007 — Avropa, Ürək-Damar Cərrahiyəsi Cəmiyyəti
  • 2009 — Minimal İnvaziv Ürək-Damar Cərrahiyyəsi Beynəlxalq Cəmiyyəti
  • 2009 — Ürək və Ağciyər Transplantasiyası Beynəlxalq Cəmiyyəti
  • 2010 — Amerika Ürək Cərrahiyyəsi Cəmiyyəti
  • 2010 — Torakal Cərrahlar Cəmiyyəti

Xarici keçidlər

Mənbə

  • "Xalq" qəzeti,8 dekabr 2010-cu il
  • "İki sahil" qəzeti 24 fevral 2007-ci il
  • "Əkinçi" qəzeti, 19 mart 2007-ci il, Zərdab rayon sakini əmək veteranı T. Bayramovun təşəbbüsü ilə yazılan "Dr. Kamran Musayev:Azərbaycanda ürəyin transplantasiyası(köçürülməsi)mümkündür" məqaləsi

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.