Kamran Bağırov
Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa, Dağlıq Qarabağ – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi (1982–1988).
Kamran Bağırov | |
---|---|
Azərbaycan Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri | |
9 aprel 1990 – 24 dekabr 1992 | |
Əvvəlki | Fuad Musayev |
Sonrakı | Əhmədağa Rəhimov |
3 dekabr 1982 – 21 may 1988 | |
Əvvəlki | Heydər Əliyev |
Sonrakı | Əbdürrəhman Vəzirov |
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi | |
20 iyul 1978 – 3 dekabr 1982 | |
Birinci katib | Heydər Əliyev |
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi | |
1974 – 1978 | |
Əvvəlki | Sabit Abbasəliyev |
Sonrakı | Həsən Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1933 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 oktyabr 2000 (67 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Tatyana Alekseyevna Bağırova [1] |
|
|
Təltifləri |
Həyatı
Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.
1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.
Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
İstinadlar
- "12-ci birinci katib - Kamran Bağırovun Azərbaycandan getmiş xanımı danışmaq istəmir - FOTOLAR". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.