Kammin
Kammin (alm. Hochstift Cammin,[1] pol. Kamień Pomorski) — həm 1140-1544-cü illərdə Pomeraniya hersoqluğunda mövcud olmuş keçmiş Roma Katolik kilsəsinin yeparxiyası,[2] həm də 1248-1650-ci illərdə Kolobjeq bölgəsindəki Müqəddəs Roma İmperiyasının dünyəvi ərazisi (knyaz-yepiskopluq).
Knyaz-Yepiskopluq | |||
Kammin | |||
---|---|---|---|
alm. Hochstift Cammin | |||
|
|||
|
|||
←
→
|
|||
Paytaxt |
Volin Kamen-Pomorski Kolobjeq Koşalin |
||
Dilləri | Kaşub dili | ||
Rəsmi dili | Alman dili | ||
Dövlət dini | Katolik | ||
İdarəetmə forması | Knyaz-arxiyepiskopluq | ||
Vikianbarda əlaqəli mediafayllar |
Yeparxiya XII əsrdə Qriffin sülaləsinin nəzarətində olan əraziləri, yəni Rügen knyazlığı istisna və Penyaətrafı, Meklenburq-Strelitz hersoqluğu və şimaldakı Ukkermark və Noymark regionlarını əhatə edirdi. Yeparxiya, Polşa hökmdarı III Boleslavın göstərişi ilə 1124-1128-ci illərdə Bamberqli Otto tərəfindən Pomeraniyanın xristianlığa gətirilməsi dövründə yaradılmışdı[3], Pomeraniya zadəganlarının 1534-cü ildə lüteranlığı qəbul etməsi və Protestant Reformasiyası zamanı ləğv edildi. Son katolik yepiskop 1544-cü ildə vəfat etmişdi.
Qərbdən şərqə doğru yeparxiya Şverin, Havelberq, Brandenburq, Lubuş, Poznan, Qnezno və Vlotslavek yeparxiyaları ilə həmsərhəd idi. Kamień Pomorskidəki kafedral kompleksi Polşanın tarixi abidəsi kimi siyahıya alınmışdır.[4]
Rəhbərləri
İllər | Yepiskop |
---|---|
1140 - 1162 | Pomeraniyalı Adalbert |
1163 - 1186 | I Konrad |
1186 - 1202 | I Siqfrid |
1202 - 1219 | Siqvin |
1219 - 1223 | II Konrad |
1223 - 1231 | III Konrad |
1241 - 1244 | Vakant |
Knyaz-yepiskopluq | |
1244 - 1252 | I Vilhelm |
1252 - 1288 | Hermann |
1288 - 1298 | Rügenli Yaromar |
1298 | Petrus |
1299 - 1317 | Henrix fon Vaçolz |
1317 - 1324 | IV Konrad |
1324 - 1329 | II Vilhelm |
1324 - 1326 | Otto (anti-yepiskop) |
1326 - 1329 | Arnold (anti-yepiskop) |
1329 - 1343 | Fridrix |
1344 - 1372 | Saksen-Lauenburqlu I İohann |
1372 - 1385 | Filipp fon Rehberq |
1386 - 1394 | II İohann |
1377 - 1392 | VIII Boquslav (Pomeraniya hersoqu) |
1394 - 1398 | III İohann |
1398 - 1410 | Nikolaus Bok |
1410 - 1424 | Saksen-Lauenburqlu Maqnus |
1424 - 1446 | II Siqfrid |
1446 - 1469 | Henninq İven |
1469 - 1471 | Vakant |
1417 - 1417 | II Henninq Kesseboqen |
1417 - 1479 | Lüdviq fon Eberşteyn-Nauqard |
1479 - 1479 | II Nikolaus |
1479 - 1482 | Marinus Freqanus |
1482 - 1485 | Anqelo Qeraldini |
1486 - 1495 | Benedikt fon Valdşteyn |
1486 - 1488 | Nikolaus Vestfal |
1498 - 1521 | Martin Karis |
1521 - 1544 | Erasmus |
Lüteranlıq dövrü | |
1544 - 1549 | Bartholomeus |
1549 - 1556 | Martin Veyher von Leba |
1556 - 1574 | İohann Fridrix |
1574 - 1602 | Kazimir Qriffin |
1602 - 1618 | Pomeraniyalı Frans |
1618 - 1622 | Pomeraniyalı Ulrix |
1623 - 1637 | XIV Boquslav |
1637 - 1650 | Ernst Boquslav von Kroy |
İstinadlar
- Gerhard Köbler, Historisches Lexikon der Deutschen Länder: die deutschen Territorien vom Mittelalter bis zur Gegenwart, 7-ci nəşr, Münhen: C.H.Beck, 2007, səh. 113, ISBN 3-406-54986-1.
- Diocese of Cammin, Germany Arxivləşdirilib 4 fevral 2014 at the Wayback Machine
- Medley, D. J. The church and the empire. Kessinger Publishing. 2004. səh. 152.
- "Rozporządzenie Prezydenta Rzeczypospolitej Polskiej z dnia 25 sierpnia 2005 r. w sprawie uznania za pomnik historii "Kamień Pomorski - zespół katedralny"". isap.sejm.gov.pl. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.