Kamil Xanlarov

Kamil Əliabbas oğlu Xanlarov (9 mart 1915, Bakıyanvar 1996, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (1992).[1]

Kamil Xanlarov
Doğum tarixi 9 mart 1915(1915-03-09)
Doğum yeri
Vəfat tarixi yanvar 1996 (80 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam
Təhsili
Janr peyzaj
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı
Azərbaycan SSR əməkdar rəssamı Azərbaycan Respublikasının xalq rəssamı

Həyatı

Kamil Xanlarov 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. O zaman İkinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırmışdır. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artıra bilmişdir. 1939-cu ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.

Kamil Xanlarov tərəfindən çəkilmiş Müqəddəs Vit kafedralının təsviri. Kafedral Praqa şəhərində yerləşir və qotik üslubda inşa olunub. Rəssam bu tablonu 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində olarkən çəkmişdir.

Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). Kamil Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda 1938–1985-ci illərdə pedaqoji fəaliyyət göstərmişdir. Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaradıcılıq fəaliyyəti göstərmişdir.

Kamil Xanlarov yaradıcılığında mənzərə janrına üstünlük vermişdir. Lirik emosionallıq, kolorit ustalığı rəssamın əsərlərində mühüm yer tutur. Rəssam Azərbaycanın bir çox bölgələrində; Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Astarada yaradıcılıq ezamiyyətlərində olmuş və fünsunkar təbiət lövhələri yaratmışdır. Rəssamın bu cür əsərlərinə misal olaraq Zaqatala dağları (1946), Astara (1955), Talış dağları (1956), Şuşanın ətrafı (1957), Şuşa (1964), Bilgəh axşam (1964), Araz sahilində (1965), Noraşen vadisi (1968), Cənub sərhədində (1972), Murovdağın görünüşü (1972), Culfa Araz sahilində (1973), Mənzərə Şuşa (1983), Ceyranbatan gölü (1987) əsərlərini göstərmək olar.[2]

Ordubadda qış əsəri rəssamın yaradıcılığında yeganə qış mənzərəsi təsvir edilmiş tablosudur. Dağlar fonunda Ordubad evlərinin qarşısında dolanbac qarlı yolda milli geyimli iki qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını artıran cəhətlərdəndir. Rəssamın süjetli tablolarında da lirik duyğular oyadan təbiət lövhələlərinə rast gələ bilərik. Əsasən səadəti, əmək romantikasını əks edən bu cür tabloların mayasını ülvi, humanist duyğular təşkil edir. Belə tablolara nümunə kimi, Sahədə (1963), Ailə (1965), Azərbaycan tarlalarında (1967), Bulaq başında (1956) və başqalarını qeyd etmək olar.[2]

Şərq natürmortu əsərinin rəssamın yaradıcılığında xüsusi bir çəkiyə malikdir. Natürmort həm bədii və həm də texniki işlənilmə baxımından çox ustalıqla yaradılıb. Əsərdə milli parça fonunda Azərbaycan xalqının milli məişət əşyaları təsvir olunub. Əsərin kompozisiyası uğurla tapılıb və kolorit həlli mükəmməl işlənilib. Sarı, qırmızı, firuzəyi və göy rəng keçidləri əsərin baxımlılığını artırır.

Kamil Xanlarov 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində olmuş və orada yaradıcılıq imkanlarını genişləndirərək, ölkəsinə məna və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıtmışdır. Bu səfər rəssamın yaradıcılığında yeni bir uğurlu yaradıcılıq istiqamətinin açılması ilə nəticələnmişdir. Çexoslovakiyaya həsr edilmiş tablolarına Praqada küçə, Karlovı Varıda meydan, Qızıl küçə, Praqada qüllə, Yan Qusun abidəsi əsərlərini qeyd etmək olar. Bu əsərlər həm mövzunun şərhi, kolorit həlli və həm də peşəkar texniki işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir.[2]

Kamil Xanlarovun əsərləri Avstriya, Macarıstan, Rumıniya, Almaniya, Misir, İraq, Kanada, Suriya, Norveç, Fransa, Finlandiya, Yaponiya, İran, Əfqanıstan, TürkiyəPolşada açılan sərgilərimizdə nümayiş etdirilmişdir. Rəssam həmçinin Kəndlilər filmində kişi geyimlərinin eskizlərini vermiş, Fətəli xan filminin geyim üzrə rəssamı olmuş və Abdulla Şaiqin Nüşabə (1947) pyesinin bədii tərtibatını hazırlamışdır. Kamil Xanlarov, 1996-cı il ilin yanvarında Bakı şəhərində vəfat etmişdir.

Təltif və mükafatları

İstinadlar

  1. "Кямиль Ханларов был выдающимся мастером – народный художник Агали Ибрагимов". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  2. Əsəd Quliyev, sənətşünas, AMEA–nın dissertantı, Rəssamlar İttifaqının üzvü. Respublika.- 2013.- 26 iyun.- S. 8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.