Kamil Pissarro
Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[1][2][…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı[3][4] – 13 noyabr 1903[1][5][…], Paris[3][4]) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri.
Kamil Pissarro | |
---|---|
fr. Camille Pissarro | |
Doğum adı | Jacob Abraham Camille Pissarro |
Doğum tarixi | 10 iyul 1830[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 1903[1][5][…] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sepsis |
Dəfn yeri | |
Fəaliyyəti | memarlıq çertyojçusu[d], litoqraf, rəssam-qravüraçı[d], rəssam, qrafika ustası[d] |
Janrlar | peyzaj[6], portret[6], natürmort[6] |
Stillər | impressionizm[7][4], neoimpressionizm[4] |
Tələbəsi | Pol Qogen |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur.
Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris).
İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir.
Rəsm, akvarel, ofort və litoqrafiyaları da var.
Əsərləri
Qalereya
- 1874
(Rondes evi, Pontuaz). Stokqolm, İsveç Milli muzeyi. - Pontuazda meyvə bağı, 1877,
şəxsi kolleksiya - Məhsul, Pontuaz, 1880,
şəxsi kolleksiya - Çoban, 1886,
Norman (Oklaxoma), Fred Conson incəsənət muzeyi. - Episeri küçəsi, Ruan, 1898,
Norman (Oklaxoma), Fred Conson incəsənət muzeyi.
Ədəbiyyat
- ASE, VII cild, Bakı, 1983. səh. 540.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Camille Jacob Pissarro (nid.).
- https://data.bnf.fr/ark:/12148/cb119199341.
- Adler K. Camille Pissarro // Encyclopædia Britannica (ing.).
- Camille Pissarro // Kunstindeks Danmark (dan.).
- Union List of Artist Names (ing.).
- Fahy E., Rosenberg P. Jacob Camille Pissarro // The Wrightsman Pictures. Metropoliten muzeyi, 2005. S. 426. ISBN 978-1-58839-144-5
Vikianbarda Kamil Pissarro ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.