Kamil Nəcəfzadə
Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929, Lənkəran – 29 iyun 2011) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980, 1986), "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü.
Kamil Nəcəfzadə | |
---|---|
Digər adı | Kamal Nəcəfzadə |
Doğum tarixi | 29 dekabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 2011 (81 yaşında) |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Mükafatları |
|
Həyatı
Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub.
1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir.[1]
1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.
Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar.
O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.
Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir[2].
Kinorejossor Şamil Nəcəfzadənin atasıdır.
Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilmiş "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilmiş və 6 yanvar 2009-cu ildə AzTV-də efirə getmişdir. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə "Ağ kətanın sehri… Kamil Nəcəfzadə" sənədli filmi ekranlarda çıxmışdır.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 17 may 1989
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 23 dekabr 1976
- "Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964
- 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı:
- 22 aprel 1980 ("Ad günü" bədii filminin rəssamlığına görə)
- 26 aprel 1986 ("Birisigün, gecəyarısı…" bədii filminin rəssamlığına görə)
- "Şöhrət" ordeni — 28 dekabr 1999
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[3]
Filmoqrafiya
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii film) — quruluşçu rəssam
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) — quruluşçu rəssam
- Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
- Azərbaycan incəsənəti (film, 1970)
- Bağ mövsümü (film, 1985)
- Bayquş gələndə... (film, 1978)
- Bir cənub şəhərində (film, 1969)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizi bağışlayın (film, 1979)
- Bizim küçə (film, 1961)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Cırtdanın yeni sərgüzəşti (film, 1973)
- Çardaş (film, 1973)
- Doğma sahillər (film, 1989)
- Dörd bazar günü (film, 1975)
- Əllər və rənglər (film, 1974)
- Əmək və qızılgül (film, 1962)
- Ən vacib müsahibə (film, 1971)
- Əsl dost (film, 1959)
- Firəngiz (film, 1975)
- Gecə qatarında qətl (film, 1990)
- Hədiyyə (film, 1986)
- Qanlı zəmi (film, 1985)
- Qara daşlar (film, 1956)
- Qızıl uçurum (film, 1980)
- Qozbeli qəbir düzəldərmi? (film, 1972)
- Lətifə (film, 1989)
- Matteo Falkone (film, 1960)
- Mən ki gözəl deyildim (film, 1968)
- Molbertlə dünya ölkələrinə səyahət (film, 1965)
- Od içində (film, 1978)
- Səmt küləyi (film, 1973)
- Sən niyə susursan? (film, 1966)
- Su bulandıranlar (film, 1991)
- Su ərizəsi (film, 1964)
- Sürəyya (film, 1987)
- Tənha narın nağılı (film, 1984)
- Ulduz (film, 1964)
- Uzaq sahillərdə (film, 1958)
- Var olun, qızlar... (film, 1972)
İstinadlar
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- "2010–2011-ci illərdə dünyasını dəyişən kino işçiləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
Mənbə
- ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- "Qəlblərdə yaşayacaq rəssam" //Mədəniyyət.- 2011.- 1 iyul.