Kamil Əliyevin ev-muzeyi
Kamil Əliyevin ev-muzeyi — Azərbaycanda xalçaçılıq-rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı Kamil Əliyevin xatirə muzeyi. Muzey Bakıda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun Qüllə küçəsində yerləşirdi. 2024-cü ildən fəaliyyət göstərmir.[mənbə göstərin]
Kamil Əliyevin ev-muzeyi | |
---|---|
![]() Ev-muzeyin fasadı | |
Əsası qoyulub | 2007 |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, Qüllə küçəsi |
Kolleksiyası | 127 |
40°22′02″ şm. e. 49°50′13″ ş. u. |
Tarixçəsi
Muzey, rəssamın həyatının son 11 ayını yaşadığı və 83 yaşında vəfat etdiyi evdə açılmışdır. Ev muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. 26 oktyabr 2007-ci ildə muzeyin divarında Kamil Əliyevin xatirə lövhəsinin açılışı olmuşdur.[1]
Ekspozisiya
Muzey Azərbaycan xalçaçılığının görkəmli nümayəndəsi, Azərbaycan SSR xalq artisti Kamil Əliyevin (1921–2005) həyatına və fəaliyyətinə həsr olunub. Onun əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir. Muzeydə xalçaçının 127 müəllif xalçası sərgilənir. Onlar arasında rəssamın tamamlamadığı işləri də vardır.[2]
İstinadlar
- "Xalq rəssamı Kamil Əliyev — naxışlarda əbədiləşən ömür". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- "MUZEYLƏR HAQQINDA". 2018-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.