Kamil İbrahimov

Kamil İbrahimov (tam adı: Kamil Fərhad oğlu İbrahimov) — "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi.[1] Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru.

Kamil İbrahimov
Kamil Fərhad oğlu İbrahimov
Doğum tarixi 1962
Doğum yeri
Vəfat tarixi 15 aprel 2021(2021-04-15)
Vəfat səbəbi COVID-19
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Həyatı

Kamil İbrahimov 6 avqust 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi Fərhad İbrahimovun oğludur.

Kamil İbrahimov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fonduna laborant vəzifəsinə qəbul olunur. 1980–88-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1985-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Arxeologiya və Etnoqrafiya muzey-sərgisi"ndə elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildən İnstitutun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" şöbəsində böyuk elmi işçi, daha sonra həmin İnstitutun "Azərbaycanın ilk orta əsrlər arxeologiyası" şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır[2].

Kamil İbrahimov 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyaların tərkibində yaxından iştirak etmişdir. 2001–2007-ci illər ərzində Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. 2003-cü ildə "Bakı IX–XV əsrlərdə" mövzusunda dissertasiya müdafiə edərək, alimlik dərəcəsi almışdır[2].

2006-cı ildə "Bakı İçərişəhər" adlı II cildlik monoqrafiyasını çap etdirmişdir. 2007-ci ildə Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyası nda "Bakı və Abşeronun arxeoloji xəritəsi və ekoarxeoloji problemləri" mövzusunda dissertasiya müdafiə edərək doktor professor adına layiq görülmüşdür. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetininİstanbul Piri Reis universitetinin professorudur. Xarici ölkələrdə beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində iştirak etmişdir. Türkiyədəki Universitetlərdə "Kiçik Asiyada mifalogiya tarixindən" adlı kurslar aparmış və mühazirələr oxumuşdur.

Vəfatı

Kamil İbrahimov 15 aprel 2021-ci ildə Bakı şəhərində koronavirusdan vəfat etmişdir.

Elmi fəaliyyəti

9 kitab, 100 — dən çox elmi əsər və 100-ə qədər jurnal və qəzet məqalələrinin müəllifidir.12 kitabın elmi redaktorudur. Kitablarının hamısı, elmi məqalələrinin əksəriyyəti Bakı şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr olunmuşdur. Bakı şəhərinin tədqiqatçısı olaraq Azərbaycanı bir çox Beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda və elmi görüşlərdə təmsil etmişdir.

Kamil İbrahimov hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi"nin "Mədəni irsin tədqiqi sektoru"nun müdiri, həmçinin "Qala Tarix-Etnoqrafiya Qoruğu"-nda direktor müavini vəzifələrində çalışır.

Kamil İbrahimov həm də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi" şöbəsinin böyük elmi işçisidir.

Kamil İbrahimov BDU-nin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimi olaraq "Qafqaz arxeologiyası", "Arxeologiyanın əsasları", "Çöl arxeologiyası" və digər fənləri tədris edir.

Kamil İbrahimov Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında "Elmi və ekoarxeoloji tədqiqatlar" mərkəzinin və Bakı arxeoloji ekspedisiyasının rəhbəridir. O, Türk Tarix Qurumunun, Almaniya-Azərbaycan cəmiyyətinin, Miras ictimai birliyinin, Simurq asosiasiyasının üzvü, İCOM-un üzvü, həmçinin AAK-in "Tarix, İnsan, Cəmiyyət" elmi jurnalında redaksiya heyətinin üzvüdür.

Respublika prezidentinin 18 may 2018-ci il sərəncamı ilə İbrahimov Kamil Fərhad oğluna Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.

Azərbaycan prezidenti yanında AAK — ın (Ali Attestasiya Komitəsi) Tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür.

Rəsmi səviyyədə Azərbaycanın, eləcə də bir çox xarici dövlətlərin, həmçinin universitetlərin diplomları, fəxri fərmanları və digər mükafatları ilə təltif olunmuşdur.

Elmi əsərləri

Çap olunmuş elmi məqalələr və kitablar (2008–2018)

  1. K. İbrahimov "Экскурсия по археологическим памятникам Баку" журнал Ирс наследие, № 2(32), 2008. (rus dilində)
  2. K. İbrahimov "Парапет", Ирс наследие № 4(34), 2008. (rus dilində)
  3. K. İbrahimov "Ичери шехер раскрывает новые тайны", Azerbayjan review jurnalı № 1(30), 2008. (rus və ingilis dilində)
  4. K. İbrahimov "The archeological masterpices of Icherisheher", Azerbaijan review jurnalı № 2(31), 2008. (ingilis və rus dilində)
  5. K. İbrahimov. The mystery of the Maiden Tower, "Visions of Azerbaijan" jurnalı № 3.1, 2008. (ingilis dilində)
  6. K. İbrahimov "Baku Reveals İts Secrets", "Visions of Azerbaijan" jurnalı № 2(31), 2008. (ingilis dilində)
  7. K. İbrahimov "The Palace of the Shirvanshahs", "Visions of Azerbaijan" jurnalı № 6, 2008. K. İbrahimov "Bakının yaşının təyin olunmasinda Xəzərin rolu" Elmi konfransın materialları Bakı, 2008. (azərbaycan dilində)
  8. K. İbrahimov "Баку приоткрывает завесу тайн своей древней истории" журнал İçərişəhər № 2, 2008. (rus dilində)
  9. K. İbrahimov "Ancient Coins Diskovered İn Baku", "Visions of Azerbaijan" jurnalı № 4.2, 2009. (ingilis dilində)
  10. K. İbrahimov "The Philharmonia park: Baku`s qreen oasis", "Visions of Azerbaijan" jurnalı № 4/2, 2009 (ingilis dilində)
  11. К.Ф.Ибрагимов "Парк Филармонии" журнал Ирс наследие, № 2 (38) 2009, (rus dilində).
  12. К.Ф.Ибрагимов "Бакинская набережная" журнал Ирс наследие, № 3 (39) 2009 (rus dilində).
  13. К.Ф.Ибрагимов "Бакинская кольцевая" журнал Ирс наследие, № 4 (40) 2009 (rus dilində).
  14. К.Ф.Ибрагимов "Великокняжеский проспект старого Баку" журнал Ирс наследие, 2009 (rus dilində)
  15. K. İbrahimov "İçərişəhərdən tapılmış qədim nümunələr" I hissə, Elm və həyat jurnalı, № 2, 2009 (azərbaycan dilində)
  16. K. İbrahimov "İçərişəhərdən tapılmış qədim nümunələr" II hissə, Elm və həyat jurnalı, № 10, 2009 (azərbaycan dilində)
  17. K. İbrahimov "Fountains Square", "Visions of Azerbaijan" jurnalı № 5/4, 2010. (ingilis dilində)
  18. К.Ф.Ибрагимов "Бакинские тиры" журнал Ирс наследие, № 2, (44) 2010, (rus dilində).
  19. K. İbrahimov "İçərişəhərdən tapılmış qədim nümunələr" I hissə, Elm və həyat jurnalı, № 1, 2010 (azərbaycan dilində)
  20. K. İbrahimov "İçərişəhərdən tapılmış qədim nümunələr" II hissə, Elm və həyat jurnalı, № 2, 2010 (azərbaycan dilində)
  21. K. İbrahimov "İçərişəhərdə arxeoloji qazıntılar", Elm və həyat jurnalı, № 3, 2010 (azərbaycan dilində)
  22. K. İbrahimov. İçərişəhər — arxeoloji abidələr. (kitab-albom), Bakı, 2011 (azərbaycan dilində)
  23. K. İbrahimov. İçərişəhərin müdafiə istehkamları. (kitab-albom), Bakı, 2011 (azərbaycan dilində)
  24. K. İbrahimov "Məhəmməd məscidi", "Visions of Azerbaijan" jurnalı № 2, 2011. (ingilis dilində)
  25. К.Ф.Ибрагимов "История Черного города" журнал Ирс наследие, № 2, 2011. (rus dilində)
  26. K. İbrahimov "Baku embankment" журнал İrs Heritege, № 6, 2011. (ingilis dilində)
  27. K. İbrahimov "Dr. Lottar Weys on the trail of Engelbert Kempfer, 17-th century German traveler", "Visions of Azerbaijan" jurnalı, iyul-avqust, 2011. (ingilis dilində)
  28. K. İbrahimov "İçəri Şəhərdə arxeoparkın açılması turizm ilinə töhfədir", "Visions of Azerbaijan" jurnalı, noyabr-dekabr, 2011. (ingilis dilində)
  29. K. İbrahimov. İçərişəhər – qədim foto, qravür, xəritə və qrafik rəsmlər. Bakı, 2012. (azərbaycan dilində)
  30. K. F. İbrahimov. "İçərişəhərdə arxeoparkın açılması turizm ilinə töhfədir" IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı (1–5 oktyabr 2012) materialları. Ağsu-Azərbaycan, 2012. səh. 153–156. (azərbaycan dilində)
  31. K. F. İbrahimov. "Qədim Bakının sıratağlı dini-memarlıq kompleksi" VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu/Sənət Fəaliyyətləri (26–29 iyun 2013) materialları. Türkiyə, Konya şəhəri 2013. (türk dilində)
  32. İ. Məmmədov, K. İbrahimov. İrsimizi qoruyaq. Bakı, 2014, 322 səh. (azərbaycan, rus, ingilis dilində)
  33. K. F. İbrahimov. "Mədəni irs və arxeoloji abidələrin öyrənilməsində yenilik: GİS sisteminin İçərişəhər qoruğunda tətbiqi". AMEA Naxçıvan bölməsi, Xəbərlər ictimai və humanitar elmlər seriyası, cild 10, № 1, Naxçıvan, 2014. (azərbaycan dilində)
  34. K. F. İbrahimov. "Heydər Əliyevin İşərişəhərin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər". AMEA Naxçıvan bölməsi, Xəbərlər ictimai və humanitar elmlər seriyası, cild 10, № 3, Naxçıvan, 2014. (azərbaycan dilində)
  35. K. F. İbrahimov. "Uğurlu Məhəmmədin məzarı haqqında". Naxçıvan Dövlət Universiteti. Xəbərlər, № 2, (58), Naxçıvan, 2014. (azərbaycan dilində)
  36. K. F. İbrahimov. "Orta əsr şəhərsalma tarixindən". Azərbaycanın paytaxt şəhərləri (elmi-praktik konfrans). İDTMQİ-nin materialları (24 noyabr 2014). Bakı, 2014. səh. 61–72. (azərbaycan dilində)
  37. K. F. İbrahimov. "Azərbaycan ərazisində erkən şəhər mədəniyyəti". Azərbaycanın paytaxt şəhərləri (elmi-praktik konfrans). İDTMQİ-nin materialları (24 noyabr 2014). Bakı, 2014. səh. 31–47. (azərbaycan dilində)
  38. K. F. İbrahimov. "Qədim Bakı milli irsimizin incisi kimi". Azərbaycanın paytaxt şəhərləri (elmi-praktik konfrans). İDTMQİ-nin materialları (24 noyabr 2014). Bakı, 2014. səh. 81–118. (azərbaycan dilində)
  39. K. F. İbrahimov. "Bakıdan aşkar olunmuş dulus məmulati üzərindəki obrazlar və onların toxuculuq sənəti ilə əlaqəsi", II Beynəlxalq türk sənətləri, tarixi və folkloru konfransı (05–10. 04.2014) materialları. Bosniya-Sarayevo 2014. (türk dilində)
  40. K. F. İbrahimov. "Əski türk mənəviyyatına baxış", II Beynəlxalq türk sənətləri, tarixi və folkloru konfransı (05–10. 04.2014) materialları. Bosniya- Sarayevo 2014. (türk dilində)
  41. K. F. İbrahimov. Ç. A. Abdullayev. "Подводные памятники Баку и Абшерона" 2-ci Xəzər Beynəlxalq Su Texnalogiyaları konfransının materialları (11 aprel 2014). Bakı, 2014. (rus dilində)
  42. K. F. İbrahimov. A. Q. Seyidov "İçərişəhərdə aşkar olunmuş orijinal su qurğusu" 2-ci Xəzər Beynəlxalq Su Texnalogiyaları konfransının materialları (11 aprel 2014). Bakı, 2014. (azərbaycan dilində)
  43. K. F. İbrahimov. "Bakı – İçəri Şəhər", Uluslararası orta anadolu ve akdeniz beylikleri tarihi, kültürü ve medeniyeti sempozyumu — I Eşrefoğulları Beynəlxalq konfransın materialları (09–12. 09.2014). Konya, Necmeddin Erbakan Universiteti, 2014. (azərbaycan dilində)
  44. K. F. İbrahimov. "Dördbucaqlı qala bürcü (donjon) ətrafında xilasedici arxeoloji kəşfiyyat və qazıntı işləri" VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu/Sənət Fəaliyyətləri (15–16-17 may 2014) materialları. Türkiyə, Konya şəhəri 2014. (azərbaycan dilində)
  45. K. F. İbrahimov. "Qədim türk mənəviyyatı arxeoloji materiallarda" VIII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu/Sənət Fəaliyyətləri (15–16-17 may 2014) materialları. Türkiyə, Konya, 2014. (türk dilində)
  46. K. F. İbrahimov. "Вид Каспия в истории картографии" Материалы Второго международного конгресса Евразийской морской истории Санкт-Петербурга (24–26 июля 2014). Санкт-Петербург, 2014. (rus dilində)
  47. K. F. İbrahimov. "Подводные поиски в Бакинской бухте" Материалы Второго международного конгресса Евразийской морской истории Санкт-Петербурга (24–26 июля 2014). Санкт-Петербург, 2014. (rus dilində)
  48. К.Ибрагимов. "Применение георадаров и стереофотограмметрических методов в археологических раскопках г. Баку". IV (XX) Всероссийский археологический съезд. (Казань 20–25 октября .). Материалы съезда. Казань, 2014. (rus dilində)
  49. К. Ибрагимов. "Археолого-этнографический музейный комплекс "Гала" в Апшероне". IV (XX) Всероссийский археологический съезд. (Казань 20–25 октября .). Материалы съезда. Казань, 2014. (rus dilində)
  50. K. F. İbrahimov. "Son yıllarda İçerişehirde arxeoturizmin gelişimi". Beynəlxalq Ani-Qars simpoziumu. (10–16 avqust 2014). Simpoziumun materialları. 2014. (türk dilində)
  51. K. F. İbrahimov. "Bakü-İçerişeherden bulunan eski müzik aletleri". Beynəlxalq Ani-Qars simpoziumu. (10–16 avqust 2014). Simpoziumun materialları. 2014. (türk dilində)
  52. K. F. İbrahimov. "Bakı – İçəri Şəhərdə arxeoturizmin inkişafı". XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası və konfransı (30 oktyabr-02 noyabr 2014). Konfransın materialları, Poestum-Salerno, İtaliya, 2014. (ingilis dilində)
  53. K. İbrahimov. La citadelle de Bakou, merveille du patrimoine azerbaïdjanais et mondial (Bakı qalası dünya irsinin möcüzəsidir), Archeolojy of Azerbaijan, 2014. səh. 44–57, (0,5 ç/v). (fransız dilində)
  54. K. İbrahimov. Gala Archaeological — Ethnographic Museum Complex (Qala arxeoloji-etnoqrafik muzey kompleksi), Archeolojy of Azerbaijan. 2014. səh. 132–143, (0,5 ç/v). (ingilis dilində)
  55. K. İbrahimov. La Storia Sommersa Del Caspio (Xəzərin sualtı tədqiqi), Archeolojy of Azerbaijan. 2014. səh. 32–37, (0,5 ç/v). (italyan dilində)
  56. K. İbrahimov "Shipürecks and ceramics", "Visions of Azerbaijan" jurnalı № yanvar-fevral, 2014. (ingilis dilində)
  57. K. İbrahimov. 31 mart Azərbaycanlıların soyqırım günüdür. "31 mart Azərbaycanlıların soyqırım günüdür", Bakı, 2014, səh.7–14. (0,5 ç/v). (azərbaycan dilində)
  58. K. İbrahimov. Dədə Qorqud yadigarı Bayburt. Bakı, 2015 (azərbaycan, türk dilində), 148 səh.
  59. K. İbrahimov. Şirvanşahlar sarayı ərazisində aparılan arxeoloji tədqiqatlar haqqında. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, № 1, 2015, səh.64–71. (azərbaycan dilində) (0,5 ç/v)
  60. K. İbrahimov. Bir daha 1918-ci ilin soyqırım hadisələri haqqında. "I Beynəlxalq tarixdə soyqırımlar konfransı: faktlar, reallıqlar, uydurmalar", Bakı, 2–3 aprel, 2015, səh.13–16. (azərbaycan dilində) (0,5 ç/v).
  61. K. İbrahimov. Şamaxıda 1918-ci il mart soyqırımı (sənədlər, xatirələr, şahidlər). 31 mart Azərbaycanlıların soyqırım günüdür (elmi-praktik konfrans). Bakı, 2015. səh. 94–121. (azərbaycan dilində)
  62. K. İbrahimov. Şirvanşahlar sarayı ərazisində aparılan arxeoloji tədqiqatlar tarixindən. "Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr". (elmi praktik konfrans). Bakı, 2015. səh. 35–48 (azərbaycan dilində)
  63. K. İbrahimov. Bakü'den tespit edilmiş çömlekçi mamulü üzerindeki imgeler ve onların dokuma sanatı ile ilişkisi. II Uluslararası türk sanatları, tarihi ve folkloru kongresi/ sanat etkinlikleri. Bosna, 2015, səh. 349–355. (0,5 ç/v) (türk dilində)
  64. K. İbrahimov. Eski türk maneviyatina bir bakiş. II Uluslararası türk sanatları, tarihi ve folkloru kongresi/ sanat etkinlikleri. Bosna, 2015, səh. 401–406. (0,5 ç/v). (türk dilində)
  65. K. İbrahimov. Sara Aşurbəylinin xatirələrindən mülahizələr. Bakı tarixinin ensiklopediyası – Sara Aşurbəyli 110 il. Bakı, 2016. (0,5 ç/v).
  66. K. İbrahimov. Bir qalanın tarixi. İçəri Şəhər tarixdə — Tarix İçəri şəhərdə. Bakı, 2016. səh. 127–173. (0,5 ç/v) (azərbaycan dilində)
  67. K. İbrahimov. 2016-cı ildə İçəri şəhər ərazisində "Böyük Qala 50" ünvanında aparılmış arxeoloji qazıntılar haqqında. İçəri Şəhər tarixdə — Tarix İçəri şəhərdə. Bakı, 2016. səh. 92–11. (0,5 ç/v) (azərbaycan dilində)
  68. K. F. İbrahimov, İ. N. Əliyev, E. Axundov. 2016-cı ildə Bakı xanlarının saray kompleksi ərazisində aşkar olunan hamamda aparılmış arxeoloji qazıntılar haqqında. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası jurnalı № 1, Bakı, 2017. (0,3 ç/v) (azərbaycan dilində)
  69. K. İbrahimov, G. Əliyeva, Avrasiya Müzelerinde Kostüm Kolleksionları: Araştırmalar ve Degerlendirmeler (22–24 Eylül, 2015 Ulan-Batur, Mogolistan), Uluslararası Yürk Dünyası Müzeler Forumu, Bildiriler Kitabı, Bursa, 2017. (0,7 ç/v) (azərbaycan dilində)
  70. K. İbrahimov, Bakü – İçeri Şehirde Arkeoturizmin gelişimi, IX Uluslar Arası Türk Sanatı, Tarihi ve Folkloru Konqresi/Sanat Etkinlikleri (28–29 Sentyabr), Bildiriler Kitabı, 2017, İzmir. (0,5 ç/v) (azərbaycan dilində)
  71. K. İbrahimov. Qədim Şirvan elinə səyahət, Bakı, 2017. (20 ç/v) (azərbaycan dilində)
  72. K. İbrahimov, İ. Əliyev. 2016-cı ildə İçəri şəhər ərazisində "Böyük Qala 50" ünvanında aparılmış arxeoloji qazıntılar haqqında. Azərbaycanda arxeoloji tədqiqatlar . İllik toplu. Bakı, 2016–17. (1 ç/v) (azərbaycan dilində)
  73. K. İbrahimov. Alman səyyahı və həkimi E. Kempferin Şamaxıya səyahəti. "Müasir Azərbaycandan qədim Şirvanşahlar dövlətinə səyahət", elmi konfransın materialları, Bakı, 2018. (0,7 ç/v) (azərbaycan dilində)
  74. K. İbrahimov. Qədim Şirvan eli Əngəxaran. "Müasir Azərbaycandan qədim Şirvanşahlar dövlətinə səyahət", elmi konfransın materialları, Bakı, 2018. (0,5 ç/v) (azərbaycan dilində)
  75. K. İbrahimov. Qız Qalası yaxınlığındakı bir abidə haqqında mülahizələr. Qara Əhmədovun 100 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2018. (0,5 ç/v) (azərbaycan dilində)
  76. K. F. İbrahimov, T. İbrahimov. Historical and archeological research sides of Sebail castle by use of new creative technologies. XII Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru /Sənət yetkinlikləri/ konfransı. (25–27 aprel 2019). Konya, 2019. (ingilis dilində) (0,5 ç/v)

Elmi-kütləvi məqalələr

  1. K. F. İbrahimov, A. Q. Seyidov. "Bir məzarın izi ilə". Azərbaycan qəzeti, 19. yanvar 2014.
  2. K. F. İbrahimov, C. Qiyasi. "Bir xanəgahın tarixi". Azərbaycan qəzeti, 13. aprel 2014.
  3. K. F. İbrahimov. "İçərişəhər: dünya mədəni irsinin incisi". Azərbaycan qəzeti, 20. aprel 2014.
  4. K. F. İbrahimov. "Səba şəhəri haqqında mülahizələr". Azərbaycan qəzeti, 10. iyun 2014
  5. K. F. İbrahimov. "İçərişəhərdə yeraltı yollar". Azərbaycan qəzeti, 6. sentyabr 2016
  6. K. F. İbrahimov. "Bakının gerbləri". Azərbaycan qəzeti, 8. oktyabr 2016
  7. K. F. İbrahimov. "Qız Qalası qarşısındakı abidə". Azərbaycan qəzeti, 11. dekabr 2016
  8. K. F. İbrahimov. "Söz naxışlı ulu sənətkarlarımız". Azərbaycan qəzeti, 20. dekabr 2016
  9. K. F. İbrahimov, C. Qiyasi. "Şamaxı Cümə məscidi – On üç əsrin ibadət yeri". Azərbaycan qəzeti, 12. iyun 2017.
  10. K. İbrahimov Dr. Lottar Veysin Azərbaycana səyahəti, Mədəni irs qəzeti, iyul-avqust 2011.

Elmi redaktor fəaliyyəti

  1. İçərişəhər markalarda. Bakı, Azərmarka, (azərbaycan dilində) 2012. (5 ç/v), 132 səh.
  2. İçərişəhər. Kitab-toplu, İstanbul, 2012. (azərbaycan dilində) (15 ç/v), 375 səh.
  3. İçərişəhər, Bakı, 2013. (ingilis dilində) (12 ç/v), 320 səh.
  4. Qədim qalanın yuxuları. Elmi-bədii kitab, Dubay, 2013. (azərbaycan, rus, və ingilis dilində), (4 ç/v), 173 səh.
  5. Qobustanın daş kitabı. Elmi-bədii kitab, Dubay, 2014. (azərbaycan, rus, və ingilis dilində), (4 ç/v), 156 səh.
  6. İçərişəhərin xəritəsi. Bakı, 2013. (azərbaycan, rus, və ingilis dilində), (2 formatda kiçik və böyük).
  7. Çingiz Abdullayev. Neft bumu və futbol, London, 2013. (ingilis dilində), (4 ç/v), 133. səh.
  8. Çingiz Abdullayev. "Essad bey in İtaly" 2015. (italyan dilində), (5 ç/v), Bakı, 122 səh.
  9. Şamaxı ensiklopediyası. Bakı, 2015
  10. Bakı simfoniyası. Foto-albom, Dubay, (azərbaycan, rus, ingilis dillərində), Bakı, 2015. (8 ç/v) 173 səh.
  11. Vahid Xanaliyev, Ədalət Məmmədov. Bakı-Şollar-100. 2015. Bakı, (8 ç/v) 173 səh.
  12. Anar Turan. Erməni terroru və Qriqorian kilsəsi. Bakı, 2019. 190 səh.

İstinadlar

  1. "Kamil İbrahimov da virusun qurbanı oldu" (az.). qafqazinfo.az. 10 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  2. "İBRAHİMOV Kamil Fərhad oğlu" (az.). shamakhi-encyclopedia.az. 17 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.