Kamikadze

Kamikadze (yap. 神風, "ilahi külək"; kami — "ilah", kadze — "külək"; rəsmi adı Tokubetsu Kogekitay (特別攻撃隊), Tokko Tay (特攻隊) və ya Tokko (特攻)) — İkinci dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad. "Kamikadze" — daha geniş məna ifadə edən və təkcə pilotları yox, bütün intiharçıları nəzərdə tutan tokkotay adlı başqa bir yapon termininin tərkib hissəsidir.

"Kolumbiya" yüngül kreyseri kamikadze hücumuna məruz qalır
"Banker Hill" aviadaşıyıcısına hücum etmiş pilot-kamikadze Kiyoşi Oqava

İlkin olaraq "kamikadze", yəni "ilahi külək" 1274 və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ keçirmək üçün göndərdiyi donanmanı məhv edən tayfuna verilən addır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.