Kamboca rieli

Kamboca rieli ((khm. រៀល; simvol: ; code: KHR)) — Kamboca respublikasının pul vahidi. İki fərqli riel var. Birinci dəfə riel 1953-cü ildən 1975-ci ilin may ayına qədər buraxılmışdı. 1975–1980 illər arasında ölkədə pul sistemi yox idi. 20 mart 1980-ci ildən etibarən "riel" adlandırılan ikinci valyuta buraxılmışdır. Simvolu Unikode-də U+17DB kodu (៛) ilə göstərilir.

Kamboca rieli
khm. រៀល
10 000 riel (2006)
10 000 riel (2006)
Kod və simvol
ISO 4217 kodu KHR
Simvol
Abreviatura KHR
Dövriyyə ərazisi
Emitent ölkə
  Kamboca Kamboca
Əvəzedici və paralel vahidlər
Kiçik kak (110)
  sen (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 50, 100, 200, 500 riel
Əsginas 50, 100, 500, 1000, 2000, 5000, 10,000, 20,000, 50,000 riel
Tarixi
Dövriyyəyə buraxılma 1 aprel 1980
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Kamboca Milli Bankı
  nbc.org.kh
İnflyasiya
İnflyasiya 1.4%
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalqın fikrincə, valyutanın adı Mekonq çayı balığı olan rieldən (Kxmer dilində "kiçik balıq") gəlir. Adı çox güman ki, XIX əsrin ortalarında Kambocada Malay, Hind və Çinli tacirlər tərəfindən istifadə edilən yüksək gümüşün tərkibli Meksika realından gəlir.[1]

Birinci riel (1953–1975)

1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Kamboca filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı.[2] Eyni zamanda, İnstitutun digər iki filialı da Cənubi Vyetnamda donqLaosda kip ilə oxşar razılaşmalara malik idi. Pisatr ispan dilində peso sözündən götürülmüşdür.

Riel əvvəllər 100 santiyə (sikkələrin üstündə cent. qısaltması yazılırdı) bölünmüşdür, lakin 1959-cu ildə 100 sen (សេន) olaraq dəyişdi. İlk bir neçə il ərzində riel və piastr birlikdə dövriyyədə oldular.

  • Birinci buraxılış, 1955–56: 1 riel, 5 riel, 10 riel, 50 riel.
  • İkinci buraxılış, 1956: 1 riel, 20 riel, 50 riel, 100 riel, 500 riel.
  • Üçüncü buraxılış, 1963: 5 riel, 10 riel, 100 riel.
  • Dördüncü buraxılış, 1972: 100 riel*, 500 riel, 1,000 riel*, 5,000 riel*.[3] (* Buraxılmadı.)

Sikkələr

1953-cü ilin 10, 20 və 50 sentiləri və sen sikkələri alüminiumdan zərb edilmişdi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sikkə proqramının bir hissəsi kimi 1970-ci ildə ABŞ-nin 5 sentlik sikkəsi ölçüsündə 1 riel buraxıldı, lakin tədavülə çıxarılmadı.

Qırmızı kxmerlər (1975–1980, 1993–1999)

Qırmızı kxmerlər əsginaslar çap etsə də, ölkə Qırmızı kxmerlərdən azad edildikdən sonra bu pul məhv edildiyi üçün dövriyyəyə buraxılmadı.

  • Beşinci buraxılış, 1975: 0.1 riel (1 kak), 0.5 riel (5 kak), 1 riel, 5 riels, 10 riel, 50 riel, 100 riel.[3]

1993-cü ildə onlar tərəfindən nəzarət edilən ərazilərdə məhdud istifadə üçün bir sıra rəngli banknotların çap olundu.

İkinci riel (1980–indiyədək)

1978-ci ildə Vytenam işğalı sona çatdıqdan sonra 1 riel 4 ABŞ dollarına bərabər olamaq riel Kambocanın milli valyutası olaraq 1 aprel 1980-ci ildə yenidən bərpa edildi. Yeni riel 10 kak (កាក់) və 100 sen olmaqla bölünürdü. Əvəz ediləcək heç bir pul olmadığı və ciddi şəkildə pozulmuş iqtisadiyyat mərkəzi hökumət onun istifadəsini təşviq etmək üçün yeni pulları əhaliyə payladı.

  • Altıncı buraxılış, 1979: 0.1 riel (1 kak), 0.2 riel (2 kak), 0.5 riel (5 kak), 1 riel, 5 riel, 10 riel, 20 riel, 50 riel.
  • Yeddinci buraxılış, 1987: 5 riel, 10 riel.
  • Səkkizinci buraxılış, 1990–92: 50 riel, 100 riel, 500 riel.
  • Doqquzuncu buraxılış, 1992–93: 200 riel, 1,000 riel*, 2,000 riel*. (* Buraxılmadı.)
  • Onuncu buraxılış, 1995: 1,000 riel, 2,000 riel, 5,000 riel, 10,000 riel, 20,000 riel, 50,000 riel, 100,000 riel.
  • On birinci buraxılış, 1995–99: 100 riel, 200 riel, 500 riel, 1,000 riel.
  • On ikinci buraxlış, 2001–07: 50 riel, 100 riel, 500 riel, 1,000 riel, 2,000 riel, 5,000 riel, 10,000 riel, 50,000 riel.
  • On üçüncü buraxılış; 2008–13: 100 riel, 500 riel, 1,000 riel, 2,000 riel, 10,000 riel, 20,000 riel, 50,000 riel, 100,000 riel.
  • On dördüncü buraxılış; 2016: 1,000 riel, 5,000 riel.

Hazırda buraxılmış əsginaslar

  • 50 riel (2002–08–29)[4]
  • 100 riel (2001–08–09 and 2015–01–14)
  • 500 riel (2002–04–04 and 2014–01–14)
  • 1,000 riel (2006–01–06 and 2017–10–25)
  • 2,000 riel (2008–01–03 and 2013–11–09)
  • 5,000 riel (2001–04–06 and 2017–10–25)
  • 10,000 riel (2001–04–06 and 2015–05–07)
  • 20,000 riel (2008–05–12)
  • 50,000 riel (2001–04–06 and 2014–05–06)
  • 100,000 riel (2013–05–14)[3]

Sikkələr

İlk sikkələr 1979-cu ildə zərb edilən və alüminiumdan hazırlanan 5 sen sikkələri idi.

Həmçinin bax

  • Kamboca tikalı
  • Kamboca frankı
  • Kamboca iqtisadiyyatı

İstinadlar

  1. Filippi, Jean-Michel. "The strange adventure of the Cambodian currency". Phenom Penh Post. 17 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2012.
  2. "A Brief History of Cambodian Currency". 2010-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  3. Cambodian Currency Collection Cambodian Currency Collection Arxivləşdirilib 2009-07-20 at the Wayback Machine
  4. Linzmayer, Owen. Cambodia // The Banknote Book. San Francisco, CA: www.BanknoteNews.com. 2012. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.