Kamaran adası
Kamaran adası (ərəb. كمران) — Qırmızı dənizdə yerləşən Yəmənən məxsus olan ada.
Kamaran adası | |
---|---|
ərəb. كمرا | |
Ümumi məlumatlar | |
Sahəsi | 108 km² |
Uzunluğu |
|
Eni | 8 km |
Hündür nöqtəsi | 24 m |
Əhalisi | 2.200 nəfər (2015-ci il) |
Yerləşməsi | |
15°20′40″ şm. e. 42°35′02″ ş. u. | |
Ölkə | Yəmən |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Kamaran adası Qırmızı dənizin cənub hissəsində, Ərəbistan yarımadasından cənub-qərbdə yerləşir. Ada mərcan rifləri ilə örtülüdür. Adanın dahəsi 108 km² təşkil edir. Onun uzunluğu 18 km, eni isə 7 km təşkil edir[1]. Bəzi digər mənbələrdə ada ətrafında olan riflərin sahələrinin 181, 130, 57 km² olaraq göstərirlər[2]. Britaniya hakimiyyəti dönəmində adanın sahədi 207 km² olaraq göstərilirdi
Tarixi
Ada strateji baxımdan əlverişli bölgədə yerləşir. Belə ki, Qırmızı dənizlə Hind okeanı arasında yerləşməsi onun imkanlarını artırır. Adaya ilk saahib olan avripslılar portuqallar olmuşdur. Onlar hələ XVI əsrdə bura sahib idilər. Hind okranında möhkəmlənmək məqsədi ilə Kamaran adası əlverişli idi. Onlar burada olan fars limanın təmir etmişdilər.
Sonradan adanı Osmanlı imperiyası ələ keçirir. Osmanlılsr adanın həc ziyarətini həyata keçirənlər üçün araşdırma karantin stansiyası rolunu oynayırdı. Bu əsasən Afrika və Hindistandan gələn və Məkkəyə gedənlər üçün nəzərdə tutulurdu.
Birinci Dünya müharibəsi dönəmində, 1915-ci ildə ada Ədən limanından gəlmiş ingilis ordusu tərəfindən işğal olunur. Osmanlı imperiyasının dağılması və Lozanna müqaviləsindən sonra 1923-cü ildə adalar Böyük Britaniyanın Ədən koloniyasının tərkibinə keçir (1 yanvar 1937 ildə yaradılmış).
30 noyabr 1967-ci ildə Yəmən Xalq Demakratik Respublikası müstəqilliyini qazandıqdan sonra ada onun tərkibinə verilir. 1972-ci ildə adanı Yəmən Ərəb Respublikası işğal etmişdir. 1990-cı ildə iki ölkə birləşdiyindən Yəmən Respublikasınln tərkib hissəsini təşkil edir.
Əhalisi
Adada yeganə yaşayış məntəqəsi Kamaran şəhərçiyidir. Şəhərçikdə ümumilikdə 2200 nəfər yaşayır[3]. Onların hamısı milliyətcə ərəbdir.
İqtisadiyyat
Ada sakinlərinin əsas gəlir mənbəyi ilk öncə balıqçılıqdır. Bundan başqa onlar dənizçilik sahəsində belə işləyirlər.
Turizm
Bu günkü gündə Kamaran əhalisinin bir hissəsi turzm sahəsinin dirçəlməsi ilə əlaqədar bu sahəyə meyl göstərirlər. Kamaran və onun ətrafında yerləşən adalar su altı üzgüçülük üçün olduqca əlverişlidir.
İstinadlar
- "UN System-wide Earthwatch Web Site — Island Directory". 2003-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- "Adanın şəkili". 2006-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- Farlex Encyclopedia
Mənbə
- World Statesmen — Yemen (ing.)
- Kamaran Island page (ing.)
- Kamaran Island Photo Gallery (ing.)
- Nigel Groom. The island of two moons: Kamaran 1954. Arxivləşdirilib 2005-07-29 at the Wayback Machine at The British-Yemeni Society Arxivləşdirilib 2005-07-29 at the Wayback Machine webpage (ing.)