Kamal Muxtarlı

Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri.

Kamal Muxtarlı
bayraq
Qax Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
20 may 1992 11 noyabr 1993
ƏvvəlkiVaqif Qocayev
SonrakıXəyyam Məmmədov
Qax Şəhər Sovetinin sədri
1991 1992
ƏvvəlkiVəzifə yaradıldı.
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1958(1958-10-03)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2020(2020-12-27) (62 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur.

Kamal Muxtarlı 27 dekabr 2020-ci il tarixində vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.[1]

Siyasi fəaliyyəti

Kamal Muxtarlı Azərbaycan Xalq Cəbhəsi Qax Rayon Təşkilatını sədri olmuşdur. 1991-ci ildə Qax Şəhər Sovetinin deputatı və Qax Şəhər Sovetinin sədri seçilmişdir.

Kamal Muxtarlı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 20 may 1992 tarixli 766 nömrəli fərmanı ilə Qax Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2] 11 noyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 nömrəli fərmanına əsasən vəzifəsindən azad edilmişdir.[3]

Kamal Muxtarlı 1998-ci ildə Müsavat Partiyasına üzv olmuş, 2000-ci ildə bəyanat verərək partiya sıralarından istefa vermişdir.

1999-cu il bələdiyyə seçkilərində Qax Şəhər Bələdiyyəsinin üzvü seçilmişdir. 1990, 2000, 2005-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.

Ailəsi

Ailəli olmuşdur. 3 övladı var idi.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  2. "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  3. "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.