Kamal Məmmədov (20 Yanvar şəhidi)
Kamal Məmmədov (tam adı: Kamal Seyidqurban oğlu Məmmədov; 13 dekabr 1955, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Kamal Məmmədov | |
---|---|
Kamal Seyidqurban oğlu Məmmədov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Maştağa Seyidlər qəbiristanlığı |
Vətəndaşlığı |
![]() |
Atası | Seyidqurban |
Anası | Rəqibə |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Anbardar |
Həyatı
1955-ci il 13 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 8-ci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmuş, lakin əsgər gedib qayıtdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini davam edə bilməmişdir.[2]Bir müddət fəhlə kimi işlədikdən sonra ticarət texnikumunu bitirmiş, daha sonra isə Sabunçuda mətbəx fabrikində əvvəlcə satıcı, daha sonra isə anbardar kimi çalışmışdır.
Qanlı Yanvar faciəsi
Həmin gecə Sabunçudan Suraxanı benzindoldurma məntəqəsinə gedərkən Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Mərhumun bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.[3]
Ölümündən altı gün sonra atası Seyidqurban Məmmədov da vəfat etmişdir. Ata və oğul Maştağa qəsəbəsində, Seyidlər qəbiristanlığında dəfn edilmişdir.
Qeydlər
- ^ Rafiq Səməndər öz kitabında maşına 30 güllə dəydiyini, onlardan 1-nin Kamalın boynuna dəyərək yerindəcə öldürdüyünü yazmışdır.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.