Kamal Camalov

Kamal Həsən oğlu Camalov (5 dekabr 1973, Qıvraq, İliç rayonu) — yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Kamal Camalov
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1973(1973-12-05) (50 yaş)
Doğum yeri
Təhsili
Elmi fəaliyyəti
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi dosent
Elmi adı pedaqogika elmləri doktoru

Həyatı

Kamal Camalov 5 dekabr 1973-cü ildə Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil-ədəbiyyat ixtisası üzrə məzunudur. Təhsil aldığı illərdə "Abbas Zamanov adına təqaüd"ə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmuş ("Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi" ixtisası üzrə) və 2004-cü ildə "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-cu illərdə Naxçıvan Dövlət Universiteti "Gənc Alimlər Şurası"nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir. Alimin dərslik, dərs vəsaiti və monoqrafiyasına 50-dən artıq elmlər doktoru və professorlar elmi jurnallarda və qəzetlərdə resenzet rəyləri yazılmışdır. 500-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Əsərləri ABŞ, İsveç, Makedoniya, Türkiyə, Kuba, Hollandiya, İran, Özbəkistan, Rusiya və Gürcüstanda nəşr olunmuşdur. Rusiya Federasiyası və Türkiyə Respublikasında keçirilən Beynəlxalq konfrans və Beynəlxalq simpoziumlarda Azərbaycanı təmsil etmiş, sertifikatlara layiq görülmüşdür. 2010-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin deputatı seçilmişdir. 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurası tərəfindən "İlin alimi" adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında "Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və pedaqogika elmləri doktoru elmi adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəlidir, 3 övladı var.

Əsərləri

  1. Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları. Bakı: ADPU-nun nəşriyyatı (2007), 45 səh.
  2. Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları. Bakı: ADPU-nun (2007), 36 səh.
  3. Azərbaycan romantiklərinin maarifçilik ideyaları. Bakı: "Elm və təhsil" nəşriyyatı (2009), 144 səh.
  4. Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri. Bakı: ADPU-nun nəşriyyatı (2010), 82 səh.
  5. Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə. Bakı: "Elm və təhsil" nəşriyyatı (2010), 400 səh.
  6. Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi (Dərs vəsaiti). Bakı: "Elm və təhsil" nəşriyyatı (2011), 392 səh.
  7. Təlim nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri (Dərs vəsaiti). Bakı: "İndiqo" MMC nəşriyyatı (2012), 78 səh.
  8. Форма и способы оценивания результатов обучения. (Dərs vəsaiti). Bakı: "İndiqo" MMC nəşriyyatı (2012), 80 səh.
  9. Hüseyn Cavid və məktəb. Naxçıvan: "Əcəmi" (2013), 144 səh.
  10. Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı. Naxçıvan: "Məktəb" (2014), 387 səh.
  11. Ailədə tərbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları. Bakı: "Elm və təhsil" nəşriyyatı (2014), 144 səh.
  12. Böyük mütəfəkkirlərin maarifçilik ideyaları. Naxçıvan: "Əcəmi" (2015), 258 səh.
  13. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: "Elm və təhsil" nəşriyyatı (2015), 356 səh.
  14. Mollanəsrəddinçilər və ailə-məktəb problemi (Dərs vəsaiti). Bakı: ADPU-nun nəşriyyatı (2017), 340 səh.
  15. Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə (Dərs vəsaiti). Bakı: ADPU-nun nəşriyyatı (2019), 222 səh.
  16. "Əliş və Anna" haqqında. Bakı: Ustac.az, (2019)
  17. Elm və təhsil fədaisi. Bakı: Yazarlar nəşriyyatı (2022), 25 səh.
  18. Repressiya qurbanlarının maarifçilik ideyaları (Monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı (2022), 305 səh.

Təltif və mükafatları

  1. Azərbaycan Respublikasının əməkdar müəllimi

İstinadlar

  1. Hüseyn Cavid haqqında.
  2. Molla Nəsrəddinçilər haqqında .
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.