Kamal Cəfərov (deputat)

Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989[1], Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri,[2] AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri[3]

Kamal Cəfərov
Vəzifədədir
10 mart 2020-ciildən
Şəxsi məlumatlar
Doğum adı Kamal Xaqani oğlu Cəfərov
Doğum tarixi 15 dekabr 1989(1989-12-15)[1] (34 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində (King's College London) Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib.[4]

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib.[5]

K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür.[4]

Evlidir, bir övladı var. İngilis, fransızrus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib.

İctimai-siyasi fəaliyyəti

Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub.[6][7]

Dövlət qulluğu

2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib.

2014–2016-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi işləyib.

K.Cəfərov 2016–2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyin rəisi vəzifəsində çalışıb.

Parlamentdə

2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Kamal Cəfərov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib. Kamal Cəfərov Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Kamal Cəfərov Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.[8] Bundan əlavə, o, Milli Məclisin İntizam Komissiyasının fəaliyyətini gücləndirmək üçün yaradılan İşçi Qrupun rəhbəridir.[9]

Avropa Şurası

Kamal Cəfərov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədrinin müavinidir.[10] Kamal Cəfərov AŞPA-nın İnsan hüquqları Komitəsinin sədri və Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvüdür.[11][12]

2015–2020-ci illərdə Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə" layihəsinin Milli koordinatoru olub. 2017–2020-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib.[13] Kamal Cəfərov QREKO tərəfindən ölkəmizə verilən tövsiyələrin icrası, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak etmiş, eyni zamanda bir sıra ölkələrin qiymətləndirmələrində iştirak etmişdir.

Birləşmiş Millətlər Təşkilatı

Kamal Cəfərov 2015–2020-ci illərdə BMT-nin "Korrupsiya əleyhinə Konvesiyası"nın icrası üzrə Milli əlaqələndiricisi olub. Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasının ölkəmiz tərəfindən 2-ci monitorinq mərəhələsi üzrə implementasiyası və onun dəyərləndirilməsi prosesinə rəhbərlik edib.

İstinadlar

  1. Kamal JAFAROV // https://pace.coe.int/en/members/8288.
  2. "Arxivlənmiş surət". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-18.
  3. https://pace.coe.int/en/aplist/subcommittees/8/sub-committee-on-human-rights (#bare_url_missing_title). 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
  4. "Arxivlənmiş surət". 2019-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
  5. "Arxivlənmiş surət". 2019-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
  6. "Arxivlənmiş surət". 2019-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
  7. "Arxivlənmiş surət". 2019-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
  8. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-13.
  9. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  10. "Arxivlənmiş surət". 2020-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  11. "Arxivlənmiş surət". 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
  12. "Arxivlənmiş surət". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
  13. "Arxivlənmiş surət". 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.