Kamal Ağayev

Kamal Ağayev (azərb. Ağayev Kamal Əlibala oğlu; 15 iyul 1930, Qarabörk27 noyabr 2006, Bakı) — Azərbaycan Kommunist Partiyası Cəbrayıl RayonQubadlı Rayon Komitəsinin birinci katibi, Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Kamal Ağayev
1970 1980
1965 1970
ƏvvəlkiƏli Əliyev
SonrakıMəsudə Rüstəmova
Ucar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1960 1962
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1930(1930-07-15)
Doğum yeri
Vəfat tarixi 27 noyabr 2006(2006-11-27) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Ağayev Kamal Əlibala oğlu 15 iyul 1930-cu ildə Azərbaycan SSR Ucar rayonunun Qarabörk kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuşdur. 1952-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunmuşdur.

1954-cü ilə kimi DTK-də müxtəlif vəzifələrdə işləmiş, atasının ölümü ilə əlaqədar həmin ildə öz ərizəsi ilə DTK-dən istefa vermişdir. Doğma rayonuna qayıdan Kamal Ağayev 1961-ci ilə kimi Ucarda müxtəlif vəzifələrdə (rayon komsomol komitəsinin 1-ci katibi, Rayon icrayyə Komitəsinin sədri, Rayon Partiya Komitəsinin 3-cü katibi) işləmişdir.

1963–64-cü illərdə Moskvada Ali Partiya məktəbində təhsil aldıqdan sonra Qubadlı Rayon Partiya Komitəsinin 1-ci katibi seçilmiş və 1970-ci ilə kimi həmin vəzifədə işləmişdir. 1970–80-ci illərdə Cəbrayıl RPK-nin 1-ci katibi işləmişdir. 1980-ci ildən 2002-ci ilə kimi Bakı şəhərində bir sıra məsul vəzifələrdə (Ət-süd sənaye nazirliyində şöbə müdiri,"Bakmoloko" İB-də Baş direktor müavini, Respublika Kolxoz Bazarlarının Baş Direktoru, "Azərittifaq" Sənaye Birliyinin sədrinin müşaviri və s.).

2002-ci ildə təqaüdə çıxmış, 2004-cü ildə Azərbaycan Respublikası Przidentinin sərəncamı ilə fəxri təqaüdə layiq görülmüşdür.

Azərpaycan parlamentinin 4 dəfə dalbadal (6,7,8 və 9-cu çağırış)deputatı seçilmişdir. İşlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni, fəxri fərman və medallarla təltif edilmişdir.

27 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat etmiş, Ucar rayonu Qarabörk kəndində dəfn edilmişdir.

Ailəsi

6 övladı var.

Xatirəsinin əbədiləşdirilməsi

Ucar rayonunda onun adına küçə verilmişdir.

Mənbə

  • Камал Әлибала оғлу Ағајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 24.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.