Kalsium qlükonat

Kalsium qlükonat (C6H11O7)2Ca - qlükon turşusunun kalsium duzudur. Mr((C6H11O7)2Ca) = 430.373.

Calcium gluconate

Alınması

Preparatı almaq üçün qlükozanı qlükon turşusuna qədər oksidləşdirib, sonra ona kalsium-karbonat vasitəsilə kalsium duzuna çevirilər. Qlükozanı xlorun, bromun təsirindən mikrobioloji üsulla - Penicillium luteim, penicillium citrinum və s. kif göbələklərinin köməyi ilə oksidləşdirmək olar. Sənayedə bu proses elektrokimyəvi üsulla yerinə yetirilir. Bunun üçün tərkibində kalsium-karbonat və kalsium-bromid olan qlükoza məhlullarını elektroliz edirlər. Elektroliz zamanı kalsium-bromiddən sərbəst brom əmələ gəlir, o isə qlükoza oksidləşdirib qlükon turşusuna çevirir, kalsium-karbonat isə onu neytrallaşdırır.

Fiziki - kimyəvi xassələri

Kalsium qlükonat ağ dənəvari və ya kristalik toz olub, iysiz və dadsızdır. Suda həll olur, spirtdə və efirdə praktiki həll olmur.

Tətbiqi

Kalsium qlükonat metabolik prosesləri tənzimləyən vasitə olub, orqanizmdə kalsium çatışmazlığını aradan qaldırır, hemostatik, allergiyaəleyhinə təsir göstərir və kapillyarların keçiriciliyini azaldır. Kalsium ionları sinir impluslarının ötürülməsində, saya və skelet əzələlərinin yığılmasında, miokardın fəaliyyətində, qanın laxtalanmasında iştirak edir, onlar sümük toxumasının formalaşmasında, digər sistem və orqanların fəaliyyətində lazımdır. Qanda kalsium ionlarının konsentrasiyası bir çox patoloji proseslər zamanı azalır, aydın hipokalsiemiya isə tetaniyanın yaranmasına səbəb olur. Kalsium qlükonat hipokalsiemiyanı aradan qaldırır, damarların keçiriciliyini azaldır, allergiyaəleyhinə, iltihab əleyhinə, qanaxmanı dayandırıcı təsir göstərir. Qalxanvariətraf vəzilərin funksional çatışmazlığı, orqanizmdən kalsiumun xaric olunmasının artması, allergik xəstəliklər (zərdab xəstəliyi, övrə, angionevrotik ödem) və dərman müalicəsindən allergik ağırlaşmalar zamanı köməkçi vasitə kimi, müxtəlif mənşəli patoloji proseslər zamanı (iltihabi prosesin ekssudativ fazası, hemorragik vaskulit, şüa xəstəliyi) damarların keçiriciliyini azaltmaq üçün, parenximatoz hepatit, qaraciyərin toksiki zədələnmələri, nefrit, eklampsiya, hiperkalemiya, paroksizmal mioplegiyanın hiperkalemik forması, dəri xəstəlikləri (dəri qaşınması, ekzema, psoriaz), hemostatik (qanaxmanı dayandırıcı) vasitə kimi, maqnezium duzları, turşəng turşusu və ya onun həllolan duzları ilə zəhərlənmələr zamanı antidot qismində istifadə olunur.

Mənbə

  1. http://www.melhem.az/mehsul/1411
  2. http://www.infomed.az/?url=WVhvNmJXVmthV05wYm1VNk1Eb3dPakE2TkRZMk16b3dPakE2TURvd09qQT0=
  3. https://en.wikipedia.org/wiki/Calcium_gluconat%5B%5D

Xarici keçidlər

  1. https://www.rlsnet.ru/mnn_index_id_716.htm
  2. https://www.drugs.com/calcium-gluconate.html
  3. https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D1%8E%D0%BA%D0%BE%D0%BD%D0%B0%D1%82_%D0%BA%D0%B0%D0%BB%D1%8C%D1%86%D0%B8%D1%8F
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.