Kalinino rayonu

Vorontsovka rayonu, Kalinino rayonuErmənistan Sovet Sosialist RespublikasındaErmənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.[2]

Rayon
Vorontsovka rayonu
İnzibati mərkəz Vorontsovka
Tarixi və coğrafiyası
Yaradılıb 31.12.1937
Ləğv edilib 11 aprel 1995
Sahəsi 690 km²
Əhalisi
Əhalisi 30 645[1] (1989) nəfər
Vorontsovka rayonu xəritədə

Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir.

Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır. Rayonun Cücəkənd kəndində (Kəndin adı Cuci xanla bağlanılır) qədim oğuz tayfalarının adlarını xatırladan tayfa adları var: Əlləzlilər, Qaraqurbanlılar, sakatlar, qarakəllər, dəmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər və s.

1988 -ci ilə qədər azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Qızılkilsə, Sarıyal, Molla Eyyublu, Cücəkənd, Soyuqbulaq, İlməzli, Qaraqala, Qaraisa, Dəmirçilər, Vorontsovka, Qurdqala.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Vorontsovka Kalinino 03.03.1935
Qızılkilsə Qızıldaş 03.01.1935
Molla Eyyublu Evli ...
Cücəkənd Qızıl Şəfəq 03.01.1935
Qarakilsə Lernhovit 25.01.1978
Qızqala Getavan 25.01.1978
Şahnəzər Medzavan 25.01.1978

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.