Kalidasa

Kalidasa[1] (sanskr. कालिदास) — klassik sanskritcə yazıb yaratmış müəllif. O, geniş şəkildə Sanskrit dilində ən böyük şairdramaturq kimi hesab olunur.

Kalidasa
कालिदास
Kālidāsa
Doğum tarixi bilinmir
Doğum yeri Hindistan
Vəfat tarixi bilinmir
Vəfat yeri Hindistan
Fəaliyyəti şair, söz yazıçısı[d], dramaturq, yazıçı
Fəaliyyət illəri 4. əsr–5. əsr
Əsərlərinin dili Sanskrit dili
Janrlar epos, lirika, dram
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Eramızın 4-5 əsrində yaşamış hindli şair. Adının mənası "Kalinin xidmətçisi" deməkdir. Qupta imperiyasının dövründə yaşamış olduğundan başqa çox məlumat yoxdur. Bəzi alimlər isə onun digər bir Hindli şair olan Vikramaditya dövründə yaşamış olduğunu güman edirlər. Bu kral isə eramızın 4-cü əsrində yaşayırdı.

Fəaliyyətləri

Kalidasa Hind şeirinin ən tanınmış təmsilcisidir. Əsl Şiva dəstəkçisi olan Kalidasa Hind fəlsəfəsi üzrə də çoxlu şeir və oyunlar yazmışdır.Əsasən Sanskritcə yazırdı. Kalidasanın şeirləri qadın və uşaq ruhu qarşısında duyğulu, təiət sevgisiylə yüklü və lirik şeirlərdir. Şeirlərindən başqa dramları da vardı. Üç oyunu, iki dastanı və çoxlu şeirləri vardır. "Kumarasambhava" və "Raghuvamsa" adlı iki dastanı vardır. Oyunları isə "Malavikangnimitra", "Vikramorsavi" və fəaliyyətləri arasında ən tanınmış olan "Sakuntala"-dır. Oyunlarında əsasən krallar, mələklər, tanrılar,ruhlar və adi insanların həyatlarından bəhs edir.

İstinadlar

  1. Encyclopædia Britannica Kalidasa (Indian author). Arxivləşdirilib 2012-04-09 at the Wayback Machine

Mənbə

http://www.birdunyabilgi.net/kalidasa Arxivləşdirilib 2010-04-09 at the Wayback Machine

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.