Kali Uçis

Kali Uçis (ing. Kali Uchis; 17 iyul 1994[1], Aleksandriya[d], Virciniya[1]) — amerikalı müğənni. 2012-ci ildə Drunken Babble adlı debüt miksteypini, ardınca 2015-ci ildə debüt mini-albomu Por Vida-nı yayımladı. Uçis 2018-ci ildə özünün debüt studiya albomu Isolation ilə geniş rəğbət qazandı. Onun ikinci studiya albomu və ilk ispan dili layihəsi Sin Miedo (del Amor y Otros Demonios) 2020-ci ildə işıq üzü gördü. Albomdakı "Telepatía" sinqlı ABŞ-da Billboard Hot 100-də yer alan onun ilk mahnısı oldu. O, Kaytranadanın "10%" sinqlındakı ifasına görə Ən yaxşı rəqs səsyazması üzrə Qremmi mükafatına layiq görüldü.

Kali Uçis
ing. Kali Uchis
Uçis 2018-ci ildə
Uçis 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Karli-Marina Loaiza
Ləqəbi Kali Uchis
Doğum tarixi
Doğum yeri Aleksandria (Virciniya), ABŞ
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti mahnı müəllifi[d], müğənni, müğənni-mahnı müəllifi, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 2012– h.h.
Janrlar müasir R&B[d]
Albom şirkəti Virgin Records
İmzanın şəkli
kaliuchis.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Karli-Marina Loaiza 17 iyul 1994-cü ildə Virciniya ştatının Aleksandria şəhərində anadan olub.[2][3] Atası Kolumbiyanın Pereyra şəhərindən ABŞ-yə köçdü və 1980-ci illərin sonlarında Karlinin anası ilə tanış oldu. Anasının əvvəlki evliliyindən uşaqları olub və Virciniyadadır. Loaiza onların yeganə övladıdır. Atası Loaiza orta məktəbdə oxuyarkən xəstələnən anasına qulluq etmək üçün Kolumbiyaya qayıtdı. Loaiza yay aylarında atası, əmiləri və bibiləri ilə Kolumbiyada qaldı. Tədris ili ərzində o, anası və böyük bacılarının yanında olardı.

Orta məktəbdə Loaiza piano və saksafon çalmağı öyrəndi.[4] O, TC Vilyams Liseyini (adı Aleksandria Şəhər Liseyi adlandırıldı) bitirməzdən əvvəl caz qrupunda iştirak etmişdir.[5] Foto laboratoriyada vaxt keçirmək, eksperimental qısametrajlı filmlər çəkmək üçün tez-tez dərsləri buraxırdı.[2][6] Fotoqrafiyaya olan marağı onun miksteyp örtük şəklini yaratmasına səbəb oldu.[5] Dərsdən yayınmaq və valideynləri tərəfindən qoyulmuş komendant saatını pozmaq onun evindən qovulmasına səbəb oldu. Bu müddət ərzində o, avtomobilində yaşayırdı və klaviaturasında mahnılar yazırdı, sonralar onun Drunken Babble adlı lou-fay miksteypi gələcəkdi.[7] Həm şeir, həm mahnı həm də musiqi yazırdı, lakin əvvəlcə oxumaq niyyətində deyildi, diqqət mərkəzində olmaqdan daha çox film rejissorluğu ilə maraqlanırdı. Ona "Kali Uçis" ləqəbini atası verib.[2]

Diskoqrafiya

  • Isolation (2018)
  • Sin Miedo (del Amor y Otros Demonios) (2020)

İstinadlar

  1. https://www.allmusic.com/artist/kali-uchis-mn0003446629/biography.
  2. Diaz, Jaquira. "Who Is The Real Kali Uchis?". The Fader. July 13, 2017. February 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2020.
  3. Kellman, Andy. "Kali Uchis | Biography & History". AllMusic. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2018.
  4. Beaudoin, Kate. "This Incredible Colombian Pop Star Is About to Make It Big in America". Mic. March 12, 2015. September 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2018.
  5. Estaff, Remezcla. "Kali Uchis has consistently visited Colombia to Donate Food & Supplies to Families in Need". Remezcla. August 23, 2018. November 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2018.
  6. Wisniewkski, Angela. "Kali Uchis talks immigration, 'Showgirls,' and her deceptively sweet music". Metro Times. September 13, 2017. June 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2018.
  7. Savage, Mark. "How Kali Uchis went from living out of a car to pop stardom". BBC News. August 1, 2018. June 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2020.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.