Kalanchoe pinnata
Kalanchoe pinnata (Lam.) Pers. (=Bryophyllum pinnatum Lam.) - Lələkvari kalanxo (Kalanxo, lələkvari, doktor)
Kalanchoe pinnata | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Kalanchoe pinnata |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
Çoxillik, həmişəyaşıl, sukkulent ot bitkisi olub, hündürlüyü 50-150 sm-dir. Gövdəsi düzqalxan, möhkəm olub, ağac əsaslıdır. Yarpaqları üz-üzə dayanan, saplaqlı, şirəli, yoğun, açıq-yaşıl və ya qırmızı rəngə çalan, ellips və ya yumurtavari, dişcikli-çəpərli, vegetasiya başladıqda sadə, qurtardırda yuxarı hissəsi bərabər olmayan-lələkli, 3-5 (7) ellips və ya yumurtavari yarpaqlı olub, qısa saplaqlı və ya oturaq olur. Çiçəkləri ikicinsli olmaqla, süpürgəvarı çiçək qrupunda formalaşmışdir. Çoxsaylı meyvələri kiçiktoxumlu və çoxyarpaqlıdır. Həyatının ikinci ilində qeyri-müntəzəm formada çiçəkləyir və zəif meyvə əmələ gətirir. Toxumla və vegetativ orqanlarla çoxalır.[2]
Vətəni məlum deyil. Tropik Afrikada, Madaqasqarda, tropik Asiyada, Avstraliya, cənubi və mərkəzi Amerikada yayılmışdır. Otaq şəraitində geniş inkişaf edir. Plantasiya şəklində Gürcüstanda (Acarıstan) becərilir.[2]
Birinci toplanılma avqustun başlanğıcında, ikinci isə oktyabrın sonunda aparılır. Oktyabr ayının sonunda cavan budaqların üzərində çıxan yarpaqları kəsilərək yeşiklərə toplanaraq ventiliyasiyalı anbarlara yığılır və emal ediləcək zavodlara göndərilir bundan sok (şirə) alınır.
Xammal kimi gövdə yarpaqlarıdır. Zəif iyli, turş dadlı olmaqla, azacıq büzücüdür.
Toplandıqdan ən geci 20 saat sonra emal zavoduna göndərilməlidir. Xammal işlənilməli, 5-10°С temperaturda qaranlır yerdə 7 sutqadan çox olmamaqla saxlanılmalıdır.[2]
Tərkibi və təsiri
Gövdə və yarpaqlarının sirəsində 40% polisaxaridlər, flavonoidlər (kverçetin, kempferol və qlükozidlər), katexinlər, aşı maddələri, üzvi turşular – alma, oksalat, limon, sirkə, fermentlər, askorbin turşusu və mikro və makroelementlər: alüminium, maqnezium, kalsium, mis, silisium və manqan olur.[2]
İltihab əleyhinə dərmandır. Toxuma regenerasiyasını stimullaşdırır.[2]
Bitkidən alınan sok iltihabsorucu olmaqla, eksudasiya fazasını aktivləşdirir. Yaralanmalarda, yanıqlarda, donvurmalarda, antibakterial hallarda, irinin təmizlənməsində, epitelizasiyada işlədilir. Sokunun təsirindən orqanizmdə virus əleyhinə interfermentativ maddələr hasil olur. Antivirus zamanı polimielitdə və enteroviruslarda təyin edilir. V.P.Filatov metodu ilə bakterisid effektli, qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı biogen stimulyator hazırlanır. Bitkinin soku az toksikidir.[2]
Xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Təzə gövdəsindən hazırlanan sokdan yerli iltihabsorucu, toxumaları saflaşdırıcı vasitə kimi istifadə edilir. Eyni zamanda irinli nekrotik proseslərin, trofik yaraların, yataq yaralarının, dəlikli-deşikli yaraların, dəri transplantasiyalarında və yanıqların müalicəsində təyin edilir. İrinli yaraların, abses, dolama, frunkulyoz zamanı tamponların qoyulmasında istifadə edilir. Eyni zamanda qızılyel iltihabında, göz xəstəliklərində, yanıq, travma, keratitdə və gözün distrofit hallarında işlədilir. Qranulası mədə və 12 barmaq bağırsağın iltihabında, qastritdə, qastrodiodenitdə və xroniki enterkolitdə təyin edilir.[2]
İstinadlar
- Illustrated Handbook of Succulent Plants: Crassulaceae. / red. U. Eggli 2003. S. 169. — ((untranslated))
- S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333