Kalağaylı

KalağaylıAzərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.

Kalağaylı
40°36′07″ şm. e. 48°17′21″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağsu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 254 m
Saat qurşağı
Kalağaylı xəritədə
Kalağaylı
Kalağaylı

Tarixi

Kalağaylı Ağsu rayonunun Padar inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonimin əsli Qalaqayınlıdır, kəndin əhalisinin Sabirabad rayonundakı Qalaqayın kəndindən olduqlarını bildirir. 1917-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsündə Göyçay qəzasında Kalaqa (İsmayıllı) və Kalaqaylı (Kürdəmir) adlı iki kənd qeydə alınmışdır. Bunlardan biri indiki Qalagah, digəri isə Qalagahlı (Kalağaylı) kəndləridir. Oykonim "Qalagahdan gəlmişlər" mənasındadır.[1]

İstinadlar

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.380
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.