Kakinomoto no Hitomaro
Kakinomoto no Hitomaro (柿本 人麻呂 və ya 柿本 人麿; d. 653–655 – ö. 707–710) — Yaponiyanın vaka şairi və Asuka dövrünün aristokratı; Şeirləri ən qədim vaka antologiyası hesab edilən "Manyoşu"ya daxil edilən ən məşhur şairlərdən biri. İmperial poetik antologiyaya (Kokin Vakaşu) əsərləri daxil edilib. Onun adı, həmçinin, Yaponiyanın "36 ölməz şair" siyahısına daxildir.[1]
Kakinomoto no Hitomaro | |
---|---|
yap. 柿本人麻呂 | |
Doğum tarixi | təq. 662 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 710 |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Yaponiyanın ilk böyük şairi Hitomaro VIII əsrin ikinci yarısında yaşamış, IX əsrin əvvəllərində vəfat etmişdir. Onun həyatı haqqında, demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bu məlumat var ki, o, sarayda kiçik bir vəzifədə olub və ömrünün son günlərini paytaxtdan uzaq olan bir kənddə keçirmişdir. Hitomaro özünün adaları və elegiyaları ilə məşhur olmuşdur. Naqauta janrının ən istedadlı ustası olmuşdur. Onun qısa nəğmələri xüsusilə sənətkarlıqla yazılıb. Saray şairi olan Hitomaro öz odalarında imperatorların şəxsi ləyaqətlərini yox, öz ölkəsinin böyüklüyünü və gözəlliklərini tərənnüm etmişdir. Şairin adalarında gözəlliyə məftunluq və dünyanın böyüklüyünə heyranlıq güclüdür. Onun kədərli ağıları qüssə ilə dolu düşüncələrdən ibarətdir, bu düşüncələr həyatın faniliyi haqqındadır. Onun təbiətə baxışlarında da bir vətəndaş kədəri vardır. Şairin nəğmələrində sevgidən doğan mənalı kədər var. Hitomaronun şeirlərində xalq poeziyasının yaradıcı təsiri vardır. Onun nəğmələri xalqın böyük məhəbbətini qazanmışdı, çünki bu şeirlər onun dahi aləminin dərin ifadəsidir, onun obrazları çox təbiidir. Xalqın poeziyası onun da şeirlərinə rəngarənglik verir. Xalq şeirlərindəki simvolika onun istifadə etdiyi priyomlardandır. Hitomaro şeirləri üçün təkrirlər çox səciyyəvidir, bu da onun şeirlərinə axıcılıq, müsiqililik gətirir.
Hitomaro xalq poeziyasından yaradıcılıqla istifadə edir, yəni xalq şeirindən aldığı poetik fiqurlar, təsbeh və metoforlar ona yeni, zəngin epitet və metaforlar qazandırırdı. O, öz fərdi üslublarını itirmirdi, o, öz üslubunun cazibəsindən uzaqlaşır, o, öz üslubuna, hiss duyğularına sadiq qalırdı.
Kokin Vakaşunun — imperial poetik antologiyanın tərtibinə rəhbərlik edən Ki-no Tsurayuki (866–945), "Manyoşu" antologiyasının əsas tərtibçisi Otomo Yakomaçi onu Sanşi no Mon (山柿の門) və Uta no Hijiri (歌の聖) kimi tərif edirdi.[1]
Kakinomoto no Hitomaro İvami əyalətində ölmüşdür. Kamo Mabutinin fikrincə, o, Vadonun hakimiyyətinin ilk illərində (709-cu ildə), Sayto Mokitiyə görə, Keyunun hakimiyyətinin 4-cü ilində (707-ci ildə) vəfat edib.
Həmçinin bax
- Ki-no Tsurayuki (866–945)
- Manyoşu
İstinadlar
- Bədəlzadə A. Yapon ədəbiyyatı tarixi. Bakı, 2016, s. 42–43