Kakaveyhilər sülaləsi

Kakaveyhilər sülaləsi—1008–1274-cü illər arasında İranın Yəzd, İsfahan, Həmədan və Rey əyalətlərində hökm sürən deyləmi xanədan.

Kakaveyhilər
Kakaveyhilər sülaləsi
Paytaxt İsfahan
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Sülalənin əsasını Düşmənziyar qoyub. Mənşəcə deyləmlidir. O, Buveyhilərdən Rey, Cəbəl və Şəhriyar şəhərlərini almışdı. Onun oğlu Əbu Cəfər Məhəmməd ibn Kakaveyh kimi tanınırdı. Kaka deyləm ləhcəsində dayı deməkdir.

Sırasıyla Buveyhilər sülaləsi, Qəznəlilər dövlətinəBöyük Səlcuq İmperiyasına bağlanan Kakaveyhilər sülaləsi 1051-ci ildə İsfahanın səlcuqlulara ilhaq edilməsiylə ortadan qalxmışdır. Səlcuqlular bu sülalə nümayəndələrini Yəzd valiləri təyin edirdilər.

XIII əsrdə İrana hakim olan Elxanlılar sülaləsi tərəfindən 1274-cü ildə tam olaraq ortadan qaldırılmışdır.

Kakaveyhilər və oğuzlar

Deyləmilər Deyləmdə Kakaveyhilər sülaləsini qurmuşdular. Azərbaycanda RəvvadilərŞirvanşahlar sülaləsi mövcudkən, Azərbaycan ilə Şərqi Anadolunun bir hissəsi Şəddadilərin əlində idi. Oğuz birlikləri Reyi tərk edincə, Deyləm Kakaveyhilərdən İsfahanHəmədan hakimi Əlaüddövlə buraya hücum etmişdir. Ancaq müvəffəq ola bilməmiş, xüsusilə də Əbu Səhl-i Həmdavi qarşısında məğlub olunca oğuzlardan kömək istəmişdir. Azərbaycan tərəflərinə hərəkət edən oğuz boy bəylərindən Qızıl bu dəvət üzərinə geri döndü. Qızılın əmrində cəmi 1500 qədər əsgər var idi. Ancaq onun Əlaüddövlə ilə dostluqları uzun davam etmədi. Qısa vaxt sonra münasibətləri pozuldu və Qızıl talanlara davam etməyə başladı. Qızılla birlikdə Azərbaycana gələn Buğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər uzanan səfərlərinə davam etdilər.[1]

Hökmdarları

İsfahan :
  • Əlaəddövlə Əbu Cəfər Məhəmməd ibn Kakaveyh 1007–1041
  • Fəramərz Əbu Mənsur ibn Məhəmməd 1041–1051
Həmadan :
  • I Gərşasp Əbu Kəlicar ibn Məhəmməd 1024–1047
Yəzd:
  • Əli ibn Fəramərz 1051–1095
  • II Gərşasp ibn Əli 1095–1141
  • I FulanaII Fulana 1141–1161
  • Yəzd atabəyləri 1161-ci ildə sülaləyə son verdi.

Şəcərə

  • Mərziban
    • Rüstəm Düşmənziyar
      • Əlaəddövlə Əbu Cəfər Məhəmməd ibn Kakaveyh
        • Fəramərz Əbu Mənsur ibn Məhəmməd
          • Əli ibn Fəramərz (1095)
            • II Gərşasp ibn Əli (1141)
              • I Fulana
              • II Fulana, Yəzd atabəyi Rüknəddin Sam tərəfindən taxtdan salınıb.
                • Əlaəddövlə Ata xan (1227)
        • I Gərşasp Əbu Kəlicar ibn Məhəmməd (1051/1052)
        • Əbu Hərb
        • Fulana, Sultan Mahmud Qəznəvi tərəfindən taxtdan salınıb.
    • Fulana
      • Seyyidə (1028)

Mənbə

  • Ирмияева Т.Ю. История мусульманского мира от Халифата до Блистательной Порты. Челябинск, 2000, с. 323.
  • Босворт К. Э. Мусульманские династии. Справочник по хронологии и генеалогии = The Islamic Dynasties. A Chronological and Genealogical Handbook. — М.: Наука, 1971. — С. 207–208. — 324 с. — 14,000 экз.

İstinadlar

  1. Faruq Sümer, Oğuzlar, Bakı, "Yazıçı", 1992, s. 80.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.