Kakadu Milli Parkı
Kakadu Milli Parkı (ing. Kakadu National Park) — Avstraliyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Kakadu Milli Parkı | |
---|---|
ing. Kakadu National Park | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 19.804 km2 ha |
Mütləq hündürlüyü | 53 m |
Yaradılma tarixi | 5 aprel 1979 |
Ziyarətçi sayı | 2002 |
Yerləşməsi | |
12°25′16″ c. e. 132°40′23″ ş. u. | |
Ölkə | Avstraliya |
Vilayət | Şimal |
Yaxın şəhər | Jabiru |
environment.gov.au/topic… | |
|
|
Rəsmi adı | ing. Kakadu National Park |
Tipi | Təbii və mədəni |
Kriteriya | i, vi, vii, ix, x |
Tarixi | 1981 |
İstinad nöm. | 147 |
Region | Avstraliya və Okeaniya |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Kakadu Milli Parkı dörd ədəd çay sistemi və çox müxtəlif coğrafi şəkilləri ilə dünyanın ən böyük milli parklarından biridir. Tükənmə təhlükəsi altında olan duzlu su timsahı və donuz burunlu quru tısbağasının balalama bölgəsi bu milli parkdır. Bitki örtüsü çox müxtəlifdir və 46 nadir bitki növünü saxlamaqdadır.
Park eyni zamanda bir çox Aborigen mədəniyyətinə ev sahibliyi edir. Milli parkda minlərlə illik aborigen mədəniyyətini əks etdirən 5000-dən çox sənət əsəri var. Arxeoloji sahələrdəki qalıqlar buradakı Aborigen həyatının ən az 20000 illik və böyük ehtimalla 50000 ilə qədər uzandığını göstərməkdədir. Kakadu dünyada sayı çox az olan qarışıq dünya mirası sahələrindən biridir.
Kakadu Milli Parkının bir hissəsi 1981-ci ildə, bir hissəsi 1987-ci ildə, bütün park isə 1992-ci ildə Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[1]