Kainatın istilik ölümü
Kainatın istilik ölümü, həmçinin Böyük Donma[1] (ing. Big Freeze) — termodinamikanın ikinci qanununun bütün Kainata ekstrapolyasiyası əsasında 1865-ci ildə alman fizik Rudolf Klauzius tərəfindən irəli sürülmüş fərziyyə. Klauziusun fikrincə, zaman keçdikcə kainat nəhayət termodinamik tarazlıq vəziyyətinə və ya “termal ölüm” (istənilən qapalı termodinamik sistemin son vəziyyətini təsvir edən termin) vəziyyətinə gəlməlidir.[2] Əgər Kainat düz və ya açıqdırsa, o, əbədi olaraq genişlənəcək və belə bir təkamül nəticəsində onun “istilik ölümü” vəziyyətinə çatacağı gözlənilir. Əgər kosmoloji konstant müsbət olarsa, son müşahidələrin göstərdiyi kimi, kainat sonda maksimal entropiya vəziyyətinə yaxınlaşacaq.[3].
İstinadlar
- "WMAP — Fate of the Universe, WMAP's Universe, NASA". 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.
- Plait, Philip Death From the Skies!, Viking Penguin, NY, ISBN 978-0-670-01997-7, p. 259
- "Lisa Dyson, Matthew Kleban, Leonard Susskind: «Disturbing Implications of a Cosmological Constant»". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.