Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü.
Kahı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cichorieae Yarımtriba: Lactucinae Cins: Növ: Kahı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var.
Faydaları
Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür. Qəbizliyi aradan qaldırar. Bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasına köməkçi olar. Qaraciyər çatmazlığı ilə sarılığa qarşı təsirlidir. Basil şikayətlərini azaldar. Sinəsi yumşaldar və öskürəyi kəsər. Bəlğəmi sökər. Həddindən artıq cinsi istəyi azaldar. Ana südünü artırar. Sümük əriməsi və romatizmdə faydalıdır. Qan şəkərini salıcı təsiri ilə şəkər xəstələri üçün faydalıdır. Xüsusilə inkişaf çağındakı uşaqların inkişafını dəstəklər. Xəstələrin yaxşılaşmasını sürətləndirər. Dərini gücləndirər və gözəlləşdirər.
İstifadəsi
Qida dəyərlərini sürətli itirən bir tərəvəz olduğu üçün kahını tez istehlak etmək lazımdır. Kahının suyu dərini bəsləyər və dəriyə təzəlik verər. Sızanaqları aradan qaldırar. Sıyığı yanıqlara və çibanlara yaxşı gəlir.
İstinadlar
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 795.