Kadyak adası

Kadyak adası (ing. Kodiak Island) — ABŞ Alyaska ştatı ərazisində yerləşir. Sahəsi 9.300 km² təşkil edir.[1] Ada Alyaska yarımadasının şərqində yerləşir. Kodyak adı eskimos dilindən tərçümədə "iti" mənasını verir.

Kadyak adası
ing. Kodiak Island
Ümumi məlumatlar
Sahəsi 9,300 km²
Uzunluğu
  • 160 km
Eni 96 km
Hündür nöqtəsi 1353 m
Əhalisi 13,592 nəfər (2010-cu il)
Yerləşməsi
57°49′33″ şm. e. 153°55′13″ q. u.
Ölkələr
Arxipelaq
Akvatoriya
[[Fayl:|280px|Kadyak adası xəritədə]]
Kadyak adası
Kadyak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Kadyak arxipelaqının ən iri, Amerika Birləşmiş Ştatlarının ikinci adasıdır. Ada Alyaska yarımadasından Şelixov boğazı ayırır. Kadyak adası demək olarki bütünlüklə dağlıqdır. Ən hündür nöqtəsi isə 1353 metrdir.

Kadyak adasından şimalda nisbətən iri Afoqnak, cənub-qərbdə isə Torisı adası yerləşir.

Kadyak adası eyni adlı Kadyak ayısının vətənidir.

Tarixi

Kadyak adası Koniaqa qəbiləsinin tarixi torpağıdır. Onun əhalisi ilk əvvəllər ovçuluq, balıqçılıq və yığıçılıqla məşğul olmuşlar. Adaya ilk gələnlər ruslar olmuşdur. Bura təşkil edilən ilk ekspedisiyaya Qriqori Şeloxov rəhbərlik etmiişdir. Rusların burada ilk məskənləri Üç Müqəddəs buxtası sahilində 1784-cü ildə salınır. 1867-ci ildə Alyaskanın ABŞa satılmasından sonra əraziyə Amerikada insanlar axın edir.

Novarupt vulkanının təsiri

Adadan 160 km şimal-şərqdə Novarupta vulkanı yerləşir. 1912-ci ildə baş vermiş və 60 saat davam edən güçlü püskürmə nəticəsində ağır fəsadlar törətmişdir. Ada üzərini qalın kül təbəqəsi örtmüş, sular içilməz hala gəlmiş, sıx duman görünməni məhdudlamdırmaqla yanaşı nıfəs almanı çətinləşdirmişdir[2].

Əhalisi

Adanın əhalisi 13,592 (2010)nəfər təşkil edir. Adada əsasən İnuitlər yaşayır. Əsas yaşayış məntəqəsi Kadyak şəhəridi, adanın şimal-şərqində yerləşir.

Nəqliyat və komanavtika

Kadyak adasında aeroport fəliyyət göstərir. Bundan əlavə burada Nasanın Kadyak kosmodromu vardır. Buradan bir sıra uçuşlar həyata keçirilir.

İstinadlar

  1. ""Kadyak (Alyaska yarımadası yaxınığında yerləşən ada)". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
  2. Фирштайн, Джуди; Хильдрет, Уэс. "Preliminary volcano-hazard assessment for the Katmai volcanic cluster, Alaska". U.S. Geological Survey. 2001. Open-File Report OF 00-0489.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.