Kadastr

Kadastr (fr. cadastre) — rəsmi orqanların, yaxud idarələrin siyahısı, reyestri; ora hər hansı obyekt və hadisənin sistemləşdirilmiş məlumatların cəmi, onların keyfiyyət və kəmiyyətləri daxil olur. Müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparmaqla tərtib olunur. Kadastra həmçinin müvafiq obyekt və hadisələrin istifadəsi, mühafizəsi və s. daxil edilir.

Kadastr

Aşağıdakı obyektlər üçün kadastr tərtib olunur: su, torpaq, iqlim, meşə, landşaft, mineral resurslar, tibbi, bioloji, xüsusi mühafizə olunan obyektlər və ərazilər, sənaye ovçuluğu, rekreasiya və s.[1]

Həmçinin bax

İstinadlar

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.