Kabus ada

Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar.

Carta Marina xəritəsi. Pifey tərəfindən kəşf edilmiş mövcud olmayan Tula adaları
Cənubi Kaliforniya

Bəzi kabus adalar haqqında

AdaKəşf olunduğu ilQeydlər
Tule adasıE.ə. 325Qədim yunan səyyahı Pifey şimalda yerləşən Tule adası haqqında yazmışdır. Tulenin harada yerləşməsi barədə qəti fikir yoxdur.
Aşağı KaliforniyaXIX-XX əsrlərUzun müddət ada kimi qəbul olunurdu.
Buss adası1578Martin Frobişer tərəfindən kəşf edilib. Hal-hazırda mövcud deyil.
Qroklent adasıXVI əsrin sonuQrenlandiyanın ətrafında göstərilirdi.
Frisland adasıXVII əsrFarer adaları ilə birlikdə göstərilirdi.
Pips adasıXVIII əsrFolklend adaları ətrafında göstərilirdi.
Kruzenştern rifi1805Rus səyyahları tərəfindən kəşf edilmişdir. Hal-hazırda mövcud deyil.
Sannikov TorpağıXX əsrxəritələrdə Şimal Buzlu Okeanın ətrafında Sannikov torpağı adlı ada göstərlirdi. Bu ada hal-hazırda mövcud deyil.

Həmçinin bax

Ədəbiyyat

  • Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984. ISBN 0-7748-0210-3

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.